Çap

“Region Gənclərinin Müasir Bilik Akademiyası” layihəsi

Tarix . Kateqoriya Layihələr

485577 442889462454877 523005522 n

“Region Gənclərinin Müasir Bilik Akademiyası”

2013-cü ildə may-iyun aylarında “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region Gənclərinin Müasir Bilik Akademiyası” layihəsinin icrasını həyata keçirib.
Paytaxta böyük ümidlərlə gələn bölgə gənclərimizin yeni bacarıqlarını açmaq, onları düzgün istiqamətləndirmək yönündə hər bir təşkilat müəyyən qədər iş görməyə çalışmalıdır. Bölgələrdən gələn gənclərin problemləri Bakıda yaşayan gənclərə nisbətən daha çoxdur. Biz bu problemləri araşdırmalı və müxtəlif vasitələrlə aradan qaldırmağa çalışmalıyıq. Şübhəsiz ki, bizim icra etdiyimiz layihə, Bakıda təhsil alan bölgə gənclərində dil bilgisinə olan real tələbatın çox cüzi bir hissəsini ödəyir. Bakıda ali təhsil alan region gənclərinin əksəriyyəti kirayə haqqı və digər vacib xərclər ucbatından öz xarici dil bilgilərini inkişaf etdirməkdə çətinlik çəkirlər. Və bu da, gənclər təşkilatlarını Bakıda təhsil alan region gəncləri üçün yeni imkanların yaradılmasına sövq edir.

Xarici dillərə yiyələnmək yalnız ali məktəbdəki dərslər çərçivəsində reallaşdırmaq mümkün deyil. Kursların təklif etdiyi şərtlər isə hər gəncin büdcəsinə uyğun olmaya bilər. Xüsusən də, Azərbaycanın müxtəlif rayonlarından Bakıya təhsil almaq üçün üz tutan tələbələr bu məsələdə daha çox əziyyət çəkirlər. Biz cəmiyyətdə olan bu problemi gördük, regiondan olan gənc dostlarımızın xarici dillərə yiyələnməsi yolunda öz töhfəmizi verməyi qərara aldıq.

Qeyri-Bakı qeydiyyatinda olan şəxslər üçün nəzərdə tutulmuş kurslara seçim yolu ilə 42 nəfər tələbə-gənc qəbul olunub. Layihəyə görə, onlar 2 ay müddətində GEMİ-də ödənişsiz təhsil almaq imkanina malik olublar. 20 nəfər ingilis dili kursuna, 22 nəfər isə rus dili kursuna qəbul olunub. Təhsil ödənişsizdir, lakin 2 ay yetərli müddət olmadığından, bu layihəni yenə də davam etdirmiş və təşkilatımızda təklif olunan kurslarda əksər layihə dinləyicilərinə 50 faiz güzəşt yaradılıb. O gənclərdən bir çoxu bizim layihə və kurslarımızda iştirak edib,  yaxşı səviyyədə ingilis dili biliklərinə yiyələniblər.

region gencleri

524732 439269172816906 237213366 n

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə