Çap

GEMI - Gəncliyin Elmi Mədəni İnkişaf Təşkilatı!

Tarix . Kateqoriya GEMİ

gemi tehsil

 

     Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi (GEMİ) 26 dekabr 2007-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ictimai birlik kimi qeydiyyata alınıb.

     GEMİ fəaliyyət göstərdiyi andan gənclərin elmi-mədəni inkişafı, intellektual səviyyənin inkişafı üçün bir çox proqramlar, tədbirlər keçirib.
Mərkəz daimi olaraq gənclər üçün elmi-mədəni tədbirlər təşkil edir, həmçinin, bu sahədə fəaliyyət göstərən insanlarla gənclərin görüşünü təşkil edir.
GEMİ yarandığı gündən bəri Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, eləcə də digər dövlət qurumları ilə sıx əməkdaşlıq edir.  Xaricdə həyata keçirdiyimiz tədbirlər daim ölkəmizin səfirlik və nümayəndəlikləri ilə koordinasiya şəraitində həyata keçirilib.

    GEMİ Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvüdür və daim Milli Şuranın həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir.Təşkilat Azərbaycan Prezidenti yanında Gənclər Fondunun müxtəlif gənclər təşkilatları üçün təşkil etdiyi qrant müsabiqələrində də iştirak edib və ayrı-ayrı layihələr üzrə qrantlar udaraq, gənclərimizin maariflənməsində öz töhfəsini verib.

     GEMİ-nin hazırda 1000-ə yaxın üzvü var. GEMİ xaricdə təhsil sahəsində də gənclərə yardım edir və son bir neçə il ərzində Ukrayna, Rusiya, Türkiyə, Litva,  Polşa, Almaniya kimi ölkələrin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclər həm də GEMİ-nin fəal üzvləridir. Təşkilat xaricdə təhsil marağında olan gənclərə pulsuz seminarlar da təşkil edir, onların xarici universitetlərə qəbul olmasına yardımçı olmaq üçün məsləhət saatları keçirir. Eyni zamanda, xarici ölkələrdə ixtisasartırma kurslarında və təcrübə proqramlarına iştirak etmək istəyən, müxtəlif istiqamətdə öz nəzəri və təcrübi biliklərini artırmaq istəyən gənclərə də GEMİ tərəfindən müvafiq dəstək göstərilir.

2013-cü il Prezident seçkiləri ərəfəsində GEMİ fəalları “Facebook” sosial şəbəkəsində “Prezidentə Dəstək” qrupu yaradıb ki, hazırda bu qrupun 35 mindən çox üzvü var və davamlı olaraq həmin qrupda dövlətçilik əhəmiyyəti daşıyan, gənclərin elmi-mədəni maariflənməsinə köməkçi olacaq maarifləndirici məlumatlar paylaşılır.

Təşkilatın bu və digər istiqamətlərdə fəaliyyəti barədə ətraflı informasiyanı davamlı yenilənən saytından əldə etmək olar.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə