Çap

Gənclər İslam və Vətən şəhidlərinin xatirəsini yad etdilər

Tarix . Kateqoriya Yeniliklər

“Gəncliyin Elmi-Mədəni İnkişafı” (GEMİ) və “Mənəvi Saflığa Dəvət” (MSD) ictimai birlikləri İslam uğrunda və Azərbaycanın bütövlüyü naminə şəhid olmuş şəxslərin xatirəsinə həsr olunmuş “Şəhidlik fəlsəfəsi” mövzusunda elmi-praktik konfrans keçiriblər.


GEMI mətbuat xidməti-nin verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan GEMİ sədri Sərdar Yusifoğlu bildirib ki, tədbirin İmam Hüseynin şəhadətinin qırxıncı günündə keçirlməsi təsadüfi deyil və bu şəhadət məktəbindən faydalanmağın necə vacib olduğunu diqqətə çatdırmaq niyyətindədirlər.

“Azərbaycan bu gün yetərincə hərbi və strateji gücə malikdir. Onun üçün də bu gün Qarabağı azad etmək üçün Kərbəla hadisəsindən yetərincə bəhrələnmək lazımdır. Gənclərimizin qarşısında duran əsas vəzifə öz milli və dini dəyərlərinə sahib çıxaraq, bir bayraq altında birləşməkdir. Öz dəyərlərimizi dərk etmədən, sahib çıxmadan biz heç nəyə nail ola bilmərik”.

Sonra çıxış edən “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədr müavini Elşən Quliyev bildirib ki, “İmam Hüseynin göstərdiyi bu qəhrəmanlıq təkcə bir millətə, bir dinə aid deyil. Bu, bütün haqsevər insanlara aiddir”.

Gənc yazıçı-jurnalist Rüfət Əhmədzadə isə diqqəti türk xalqlarının İslamaqədərki tarixində olan qəhrəmanlıq əfsanələrinə də çəkərək, 639-cu ildə baş vermiş Kür Şad üsyanını qeyd edib:

“Təbii ki, türklərin İslama gəlişi onların bu dində yaxınlıq, doğmalıq və eyni zamanda təkmillik tapması ilə baş tutub. Kərbəla hadisəsi isə bütün İslam dünyasında olduğu kimi, müsəlman türklərin də ruhunda mübarizlik və dönməzliyi bir daha aşılamış oldu. Və onu da qeyd edim ki, Mübariz İbrahimov və Fərid Əhmədov kimi qəhrəmanlarımızın rəşadəti də gənclərimiz üçün son illərdə bir oyanış və özünəqayıdış rolu oynadı”.

Konfransa qonaq qismində dəvət olunan Hacı İlqar İbrahimoğlu çıxışında Aşuranın fəlsəfəsindən və bu məktəbin Azərbaycan xalqında qoyduğu təsirlərdən danışıb.

“Mən ilk dəfə İmam Hüseyn (ə) haqda 20 Yanvar şəhidlərinin təziyələrində eşitmişəm. 20 Yanvar hadisəsi baş verəndə xalq Kərbəlanı yad etdi”.

“Mənəvi Saflığa Dəvət” İB-in Qadınlarla iş üzrə sektorunun koordinatoru Zülfiyyə Səfərova Kərbəla hadisəsi zamanı Xanım Zeynəbin (ə) göstərdiyi şücaətdən, onun hərəkatın yaşamasında oynadığı roldan danışıb.

Bir sıra ictimai-siyasi xadimlərin, teoloqların, tarixçilərin iştirak etdiyi konfransda internet bağlantısı ilə Almaniyadan beynəlxalq məsələlər üzrə ekspert İbrahim Əhmədovun məruzəsi dinlənilib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə