Çap

Gənclər təşkilatı Bakı və Şəkidən olan gənclər üçün gəzinti təşkil etdi

Tarix . Kateqoriya Yeniliklər

“Gəncliyin Elmi Mədəni İnkişafı” İctimai Birliyi (GEMİ) Bakıdan və Şəkidən olmaqla İsmayıllı-Qəbələ istiqamətində turlar təşkil edib. Gün.Az-ın verdiyi xəbərə görə, 70-ə yaxın gəncin qatıldığı turlar GEMİ-nin “Həm öyrənək, həm də istirahət edək” layihəsi çərçivəsində “F-Group Production”un dəstəyi və birliyin Şəki ofisinin də iştirakı ilə eyni gündə baş tutub.

Belə ki, İsmayıllı və Qəbələ rayonlarının mədəni irs əhəmiyyəti daşıyan yerləri və istirahət mərkəzləri, eləcə də Nohurgöl ətrafını əhatə edən gəzinti çərçivəsində iştirakçılara bu ərazilər barədə məlumat verilib, onların asudə vaxtlarının xoş keçməsi və fərqli yerlərdən olan gənclər arasında sıx ünsiyyətin qurulması üçün müxtəlif oyunlar keçirilib.

Qəbələnin “Sərin meşə” istirahət mərkəzində baş tutan seminarda GEMİ rəhbəri Sərdar Yusifoğlu çıxış edərək iştirakçılara Azərbaycanın bölgə turizminin inkişafı, bu istiqamətdə görülən son işlərdən danışıb.

Bu ilin “Turizm ili” olduğuna da toxunan S.Yusifoğlu bu istiqamətdə ölkə gənclərinin üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb və onları vətənlərinin təbiəti və rekreasiya resurslarına qarşı diqqət və qayğı ilə yanaşmağa çağırıb.

Belə səfərlərin təşkilində məqsədin gənclərin həm asudə vaxtlarının səmərəli keçirilməsi, həm də onların maarifləndirilməsi olduğunu deyən S.Yusifoğlu növbəti turun bu yaxınlarda Qubaya təşkil olunacağını bildirib.

Səfərdə müxtəlif universitetlərin tələbələri, fərqli peşə sahibləri, jurnalistlər, ictimai fəal gənclər və eləcə də gənc müəllimlər iştirak ediblər. Tura Bakıdan 50, Şəkidən isə 20-yə yaxın gənc qatılıb.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə