Çap

Azad Rəhimov: Azәrbaycan komandası zәfәr günlәrini yaşayır

Tarix . Kateqoriya Yeniliklər

“İdmançıların sәviyyәsi çox yüksәkdir”.

I Avropa Oyunlarında təmsil olunan Azәrbaycan komandası zәfәr günlәrini yaşayır.

Gemi.Az-ın APA-ya istinadən mәlumatına görә, bunu gәnclәr vә idman naziri Azad Rәhimov deyib. Onun sözlәrinә görә, 12 gün әrzindә Azәrbaycan reytinqdә 2-ci yerdә qalib:

“Sevinirik ki, bu yer indiyәdək bizdәdir. Dünәn 1 qızıl, 2 gümüş, 3 bürünc qazanmışıq. Әnәnәvi idman növlәri sahәsindә gözlәnilәn nailiyyәtlәrdәn savayı, dünәn qılıncoynatmada böyük qәlәbә oldu. Bünyatova bacılarının nailiyyәti bizi sevindirdi. Növbәti sevindirici mәqam tamaşaçıların marağıdır. İdman qurğularında yerlәrin 70-80 faizi tutulub. Tamaşaçılar bilet alıb oyunları izləyirlər. Yeni idman mәdәniyyәti formalaşır. Könüllülәr dә işi yüksәk sәviyyәdә aparırlar. Bu da yeni formatda olan mәdәniyyәtdir.

Mәqsәdlәrdәn biri Azәrbaycanın dünyaya tanıdılması idi. Bu, әsasәn yayım vasitәsi ilә aparılır. Oyunlar 61 kanal vasitәsi ilә dünyanın 145 ölkәsinә yayımlanır. 824 milyon mәnzildә bu oyunlar izlәnilir. Açılış mәrasimi 120 ölkәdә canlı yayımlanıb. Yayım saatları tәxmini Soçi Olimpiya oyunları ilә eynidir. 253 medal komplektindәn 194 medal qazanılıb. 59 dәst medal 2 gün әrzindә idmançılara tәqdim olinacaq. Dünәn gәnclәr arasında üzgüçülük sahәsindә dünya rekordu qırılıb. Bu, onu göstәrir ki, bu sahәdә dә idmançıların sәviyyәsi çox yüksәkdir”.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə