Çap

2018-2019-cu tədris ilində Çin Xalq Respublikasında təhsil

Tarix . Kateqoriya Elanlar

o CHINESE STUDENTS facebook 672x372

Təqaüd proqramı Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş 10.12.2015-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Təhsil müddəti ixtisasdan asılı olaraq bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarında 15 fevral 2018-ci il saat 15:00-dək tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərmələri xahiş olunur.

Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:

Çin tərəfindən:

  • Ali məktəbdə qeydiyyat xərci
  • Təhsil haqqı
  • Laboratoriya xərci
  • Təcrübə (internship) xərci
  • Tədris materialları
  • Yataqxana xərci
  • Aylıq yaşayış xərci

Təqaüd Proqramına daxil olan xərclər (hər tədris ili üzrə) təhsil səviyyələrinə və ixtisaslara uyğun olaraq aşağıdakı kimi hesablanmışdır:

  • Bakalavriat tələbələri üçün: 59200- 66200 Yuan arası
  • Magistratura tələbələri üçün: 70200- 79200 Yuan arası
  • Doktorantura tələbələri üçün: 87800- 99800 Yuan arası

Azərbaycan tərəfindən (Təhsil Nazirliyi):

-Aviabilet (hər tədris ilində yalnız bir dəfə - gediş-gəliş bileti)

Təqaüd proqramı ilə bağlı suallarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna ünvanlaya bilərsiniz.

Ətraflı linkdə: http://edu.gov.az/upload/file/ELAN/2018/01/China%20Elan%202018.pdf