Çap

Rumıniyanın Milli Təhsil Nazirliyi 2018-2019-cu tədris ili üçün təqaüd proqramı elan edir

Tarix . Kateqoriya Elanlar

night sky bucharest

 

Rumıniyanın Milli Təhsil Nazirliyinin 2018/2019-cu tədris ili üçün elan etdiyi Təqaüd Proqramı

Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2011-ci il tarixində Buxarest şəhərində imzalanmış müqaviləyə uyğun olaraq, Rumıniya Milli Təhsil Nazirliyi 2018/19-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir:

Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura Yaş həddi: bakalavriat və magistratura üçün 35, doktorantura üçün 45 yaşadək Tədris dili: rumın Müraciət forması:

• Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları ərizə formasını doldurmalı və 12.04.2018-ci il 14:00-a kimi tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) mövzu yerinə “Romanian Scholarship Programme” yazıb elektron poçtla Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidir;

• Elektron poçtla göndərilən sənədlərin əslinin yalnız 13.04.2018-ci il 16:00-dan 17:00-dək Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə əlaqədar şəxsə (Aysel Kərimliyə) təqdim olunması xahiş olunur.

Maliyyələşmə:

Aylıq təqaüd:

• Bakalavriat təhsil səviyyəsi üçün 65 avro;

• Magistratura təhsil səviyyəsi üçün 75 avro;

• Doktorantura təhsil səviyyəsi üçün 85 avro.

Nəqliyyat xərci: Rumıniya təqaüd proqramı çərçivəsində təhsil alan Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri Azərbaycanda Respublikası Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir.

Tələb olunan sənədlər:

• ərizə forması (əlavədədir);

• CV (ingilis və ya rumın dillərində, maksimum 2-3 səhifə)

• doğum haqqında şəhadətnamənin surəti;

• şəxsiyyət vəsiqəsinin surəti;

• ümumvətəndaş pasportunun surəti;

• sağlamlıq haqqında arayış

• yaşayış yerindən arayış;

• attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) surəti;

• bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) surəti;

• bakalavr və magistratura təhsili üzrə diplom və diploma əlavə (doktorantura dərəcəsinə müraciət edənlər üçün) surəti;

• 2 ədəd fotoşəkil.

Qeyd : Bütün sənədlər 2 nüsxədə təqdim olunmalıdır. Sənədlərin bir nüsxəsi notarial qaydada ingilis dilinə tərcümə-təsdiq olunmalıdır.

Son müraciət tarixi 12.04.2018-ci il, 14:00-dır.

Əlaqə:

Təqaüd proqramı ilə bağlı suallarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına və ya Rumıniya Milli Təhsil Nazirliyinin əməkdaşı xanım Ana Anghelescu`ya (tel: +40214055705, e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) ünvanlaya bilərsiniz.

Ətraflı məlumat linkdə: http://edu.gov.az/upload/file/ELAN/2018/03/Ruminya-elan.pdf