Çap

Kİyev Milli Texnologiya və Dizayn Universiteti

Tarix . Kateqoriya Elanlar

KNUTD

Kiyev Milli Texnologiya Dizayn Universiteti

Kİyev Milli Texnologiya və Dizayn Universiteti Kiyev şəhərinin mərkəzində yerləşən aparıcı  ali təhsil müəssisələrindən biri olub, 1930-cu ildə yaradılmışdır.

Universitet dünyanın ən yaxşı dizayn təhsil mərkəzləri sırasında TOP 100-yə daxildir.

Universitetdə tədris xarici tələbələr üçün rus dilində keçirilir. Xarici tələbələr aşağıdakı fakültələr üzrə təhsil ala bilərlər:

Fakültələr:

  1. Dizayn

- Qrafik Dizayn

- Marka məhsullarının dizaynı

- Tekstil məhsullarının dizaynı

- Tekstil dizaynı

- Foto və video dizaynı

- Stil və saç dizaynı

- Landşaft dizaynı

- Aksessuarlar və zərgərlik dizaynı

- Web dizaynı

Çap

BELARUSDA STOMATOLOGIYA ÜZRƏ TƏHSİL

Tarix . Kateqoriya Elanlar

858 original

Belarusda Stomatologiya üzrə təhsil almaq istəyənlərin nəzərinə!

Gəncliyin Elmi Mədəni İnkişafı Təşkilatı Belarusda Stomatologiya ixtisası üzrə Endirimli təhsil proqramını təklif edir. Əməkdaşlıq etdiyimiz  Belarus Dövlət Tibb Universitetində Stomatologiya ixtisası üzrə təhsil ala bilərsiniz. 

Təhsil müddəti:

✦ Bakalavriatda - 5 il,

 

Təhsil haqqı:

✦ Rus dilində - 4400 $

✦ İngilis dilində -5500 $

Rus və ingilis dili bilməyən tələbələr üçün hazırlıq fakültəsi - 1700 $

QEYD: İlk semestri yüksək balla bitirən tələbələrimizə təhsil haqqında 40-50% endirim olunacaq.

 

Qəbul üçün lazım olan sənədlər:

Çap

Rumıniyanın Milli Təhsil Nazirliyi 2018-2019-cu tədris ili üçün təqaüd proqramı elan edir

Tarix . Kateqoriya Elanlar

night sky bucharest

 

Rumıniyanın Milli Təhsil Nazirliyinin 2018/2019-cu tədris ili üçün elan etdiyi Təqaüd Proqramı

Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2011-ci il tarixində Buxarest şəhərində imzalanmış müqaviləyə uyğun olaraq, Rumıniya Milli Təhsil Nazirliyi 2018/19-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir:

Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura Yaş həddi: bakalavriat və magistratura üçün 35, doktorantura üçün 45 yaşadək Tədris dili: rumın Müraciət forması:

• Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları ərizə formasını doldurmalı və 12.04.2018-ci il 14:00-a kimi tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) mövzu yerinə “Romanian Scholarship Programme” yazıb elektron poçtla Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidir;

• Elektron poçtla göndərilən sənədlərin əslinin yalnız 13.04.2018-ci il 16:00-dan 17:00-dək Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə əlaqədar şəxsə (Aysel Kərimliyə) təqdim olunması xahiş olunur.

Maliyyələşmə:

Çap

Koreya Respublikası 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı elan edir

Tarix . Kateqoriya Elanlar

güney kore

 

Ölkə: Koreya Respublikası

 

Təhsil səviyyəsi: Magistratura, doktorantura və tədqiqat

 

Yaş həddi: 40 yaşadək

 

Təqaüdün müddəti: Magistratura təhsil səviyyəsi üçün 3 il, doktorantura təhsil səviyyəsi üçün 4 il, tədqiqat proqramı üçün 6 ay

 

Qarşılanan xərclər: Aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol xərci, sığorta xərci  və s. 

Çap

2018-2019-cu tədris ili üçün Latviyanın təqaüd proqramı

Tarix . Kateqoriya Elanlar

latvia

 

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə uyğun olaraq, Latviya Hökuməti Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir:

 

Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura

Tədris dili: İngilis və ya latış

Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları müvafiq internet səhifəsində (http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/ ) ərizə formasını doldurmalı və digər tələb olunan sənədləri əlavə etməlidirlər.

Çap

Əczaçılıq ixtisası üzrə qiyabi təhsil

Tarix . Kateqoriya Elanlar

médico indústria farmacêutica spr 640x330

Əczaçılıq ixtisası üzrə qiyabi təhsil almaq istəyənlərin nəzərinə!

Gəncliyin Elmi Mədəni İnkişafı Təşkilatı əczaçılıq ixtisası üzrə qiyabi təhsil proqramını təklif edir. Əməkdaşlıq etdiyimiz  Ukraynanın prestijli dövlət universitetlərində əczaçılıq ixtisası üzrə qiyabi təhsil ala bilərsiniz.  Qiyabi təhsil bakalavriat və magistratura təhsil pillələri üzrə mövcuddur. Tədris xarici tələbələr üçün rus dilində apaılır.

Təhsil müddəti:

Bakalavriatda - 5 il, magistraturada - 1.5 il

Təhsil haqqı:

Bakalavriatda - 700 $, Magistraturada - 1200 $

Semestr vaxtı:

İldə 2 dəfə, oktyabr və mart aylarında (15-20 günlük)

Çap

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı

Tarix . Kateqoriya Elanlar

Budapest Danube River Danube Valley Hungary Night iStock 64036217 MEDIUM 1

 

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı tələbələr üçün 2018/19-cu tədris ili üzrə təqaüd proqramı elan edir.

 

Təhsil səviyyəsi: Magistratura

 

Tədris dili: İngilis dili

 

İxtisaslar: Heyvandarlıq, su resurslarının idarə olunması, ətraf mühit mühəndisliyi

 

Qarşılanan xərclər: Təhsil haqqı, yaşayış xərci və tibbi sığorta

Çap

2018-2019-cu tədris ilində Çin Xalq Respublikasında təhsil

Tarix . Kateqoriya Elanlar

o CHINESE STUDENTS facebook 672x372

Təqaüd proqramı Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş 10.12.2015-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Təhsil müddəti ixtisasdan asılı olaraq bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarında 15 fevral 2018-ci il saat 15:00-dək tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərmələri xahiş olunur.

Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:

Çap

İslam İnkişaf Bankının 2018-2019-cu tədris ili üçün Təqaüd Proqramı

Tarix . Kateqoriya Elanlar

islamic development bank 170315

 

İslam İnkişaf Bankı (İİB) 2018-2019-cu tədris ili üçün təqaüd proqramı elan edir. Bu proqram İİB-ə üzv olan ölkələrdən olan şəxslərin dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili almalarına və doktoranturadan sonrakı tədqiqat işi aparmalarına imkan verəcəkdir.

 

Proqram çərçivəsində qarşılanan xərclər: təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti.

 

Tələb olunan sənədlər: ərizə forması, CV (tərcümeyi-hal), bakalavr təhsili üzrə diplom və diploma əlavə, magistratura təhsili üzrə diplom və diploma əlavə, 2 ədəd fotoşəkil, ümumvətəndaş pasportunun surəti, xarici dil sertifikatı (olduğu təqdirdə), iş yerindən arayış, qəbul haqqında sənəd (olduğu təqdirdə).

Çap

Education USA Alumni Fair

Tarix . Kateqoriya Elanlar

unnamed

Dear Alumni,

EducationUSA is pleased to announce registration of volunteers for the Alumni Fair which will take place on April 21, 2018!

If you are interested in representing your U.S. alma-mater to recruit for your university/college then you are welcome to join the EducationUSA Alumni Fair team organized with the support of U.S. Embassy and American Councils for International Education.

We are looking for UGRAD, Edmund S. Muskie, Humphrey, Fulbright alumni to represent their universities at the fair.EducationUSA Advisers will request promotional materials from your university/college on your behalf after your register for the Fair.

You will be informed about the details of venue, date and time of the fair after you have registered.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə