Çap

Universitetlərimizin verdiyi diplomları tanıyan və tanımayan ölkələr – İxtisasa görə fərqlər

Tarix . Kateqoriya Müsahibələr

diploma

“Azərbaycan universitetlərinin diplomları apostil qanuna qoşulmuş bir çox ölkələrdə tanınır”

Bu sözləri AzEdu.az-a Gəncliyin Elmi-Mədəni İnkişaf Təşkilatının sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu bildirib. Onun sözlərinə görə, Azərbaycan universitetlərində müəyyən sahələr üzrə təhsil alanların  diplomları xaricdə tanınmır:

“Gənclərin  xaricdə magistr səviyyəsində təhsil alması Azərbaycan universitetlərinin  diplomlarının tanınmasına əsasdır. Həmçinin, Azərbaycan universitetlərində magistratura  dərəcəsində təhsil alanlar digər xarici ali məktəblərdə  doktorantura səviyyəsində oxuya bilərlər. Amma onu da bildirim ki, Azərbaycan universitetlərində bəzi ixtisaslar üzrə təhsil alanlar xaricdə oxumaq istədikləri zaman problemlə qarşılaşa bilərlər. Yəni əsasən hüquq və tibb sahəsi üzrə təhsil alanlar daha çox problemlərlə qarşılaşırlar.   Çünki, xarici universitetlərdə  Hüquq ixtisası üzrə magistr dərəcəsində təhsil almaq istəyənlərdən daha çox bakalavr səviyyəsini  oxumaqları tələb olunur”.

Sərdar Yusifoğlu bildirib ki, bəzi xarici universitetlərdə təhsil alanların  kəsrləri olarsa,  ölkəmizdəki dövlət və özəl ali məktəblərdə oxuya bilərlər:

“Xarici universitetlərdə Hüquq ixtisası üzrə magistr dərəcəsində  təhsil almaq istəyənlərdən xüsusi imtahan verməkləri tələb olunur. Gənclər xüsusi imtahan verdikdən sonra  bakalavr və ya magistr diplomları xarici universitetlərdə tanınır.  Ümumiyyətlə, hüquq və tibb sahəsindən başqa digər ixtisaslarda təhsil alanların diplomları xarici universitetlərdə tanınır. Avropa universitetlərində təhsil alan  tələbələrin bəzən  kəsr problemləri olur. Bəzi xarici universitetlərdə təhsil alanların  kəsrləri olduğu halda  ölkəmizdəki dövlət və özəl ali məktəblərdə oxuyaraq ali təhsillərini tamamlaya bilirlər. Yəni bu da  o deməkdir ki,  Azərbaycan universitetlərinin diplomları  Avropanın inkişaf  etmiş ölkələrində tanınır”.