Çap

Korla görən adam bir olurmu?

Tarix . Kateqoriya Müsahibələr

fuad mamedov2

İslamı gözdən salan amillər.

Çox əfsuslar olsun ki, dünyada islamla bağlı mənfi təbliğat gedir. İslam aləmində cahillik, siyasi dartışmalar və qərb tərəfindən maliyələşdirilən terror təşkilatları təkcə islamın imicinə zərbə vurmur. Eyni zamanda terror insanlıq üçün böyük təhdidə çevrilib. Azərbaycan islam aləminin bir parçası olduğundan gənclərimiz islam xurafatının, ekstremist təriqətlərərinin təsiri altına düşür. 
Bununla mübarizə üçün ən düzgün yol cəmiyyətdə elmin, təhsilin və maarifin inkişaf etdirilməsidir. Elm və təhsil cəmiyyətdə tək elm institutlarında deyil, eyni zamanda dini xadimlər tərəfindən də təbliğ olunmalıdır. Çünki islamin özündə elmə çox önəm verilir. Əslində bu problemli təriqətlərin gəncləri seçməsi heç də təsadüfü deyil. Çünki hər bir gənc özünü dərk etdikdən sonra dünya görüşünü artırmaq və həyatda öz yerini tapmaq üçün onu düşündürən suallara cavab axtarmağa başlayır. Əfsuslar olsun bir çox zaman gənclər bu sualları fəlsəfə, kulturalogiya, astronomiya və başqa elmlərdə deyil, onları zombiləşdirən dini təriqətlərdə axtarmağa başlayırlar. Bu halların vüsət artması ilə islamın əsl mahiyyətini kölgədə qoyur. 
Gemi.az xəbər verir ki, İnterpress.az saytı cəmiyyətimizi narahat edən bəzi suallarla  ilə əlaqədar İdarəçilik Akademiyyasının proffesoru, kulturoloq Fuad Məmmədova müraciət edib.

İlkin olaraq onu deyim ki, kulturologiya XXl-ci əsr elminin aparıcı paradiqmasıdır. Kulturologiya insanın pozitiv həyat fəaliyyəti haqqında elmidir. Kulturologiya özündə bir neçə elmi cəmləşdirir. Məsələn tarix, fəlsəfə, psixologiya, pedaqoqika, politologiya, hüquq, iqtisadiyyat, sənətşünaslıq v.s. Kulturologiyanın metodologiyası mürəkkəb məsələlərə bir neçə tərəfdən sistemli yanaşmağla düzgün cavab tapmaqda əvəzsiz rol oynayır. 

Müasir gəncin ekstremist dini təriqətlərə meyli nə ilə bağlıdır?

İslam dini başqa dinlər kimi çox humanist bir dindir. Problem ondadır ki, müsəlmanların bir çox qismi Qurani-Kərimdə bilavasitə elmə, intellektual mədəniyyətə həsr olunmuş surələri, ayələri yaxşı bilmir və ya istifadə etmir. Məsələn Qurani-Kərimin 6-cı sürəsinin 50-ci ayəsində belə bir vəhy var “ Korla görən bir olurmu? Məgər düşünürsünüzmi?” bununlada fikir bitir. Aydın məsələdir ki, burada gözün görmə qabliyəti yox, əqlin görmə qabliyyətindən söz açılır. Çünki gözlə görmə qabliyyətini Allah heyvana da verib. Hələ 13-cü əsrdə yaşamış Nəsirəddin Tusi “Əxlaqi Nasir” əsərində göstərmişdir ki, “İnsan heyvandan mədəniyyəti ilə fərqlənir”. Orta məktəbdə uşaqlara deyilir ki, insan heyvandan şüurla fərqlənir, amma bu belə deyil, insan heyvandan mədəniyyəti ilə fərqlənir. Şüurla doğulan insan şüurunu lazımı istiqamətdə inkişaf etdirməsə o, heyvan şüurundan heç nə ilə fərqlənməyəcək. Mədəniyyət insanın bioloji enerjisini, insanların xeyrinə olan faydalı işə yönəldir. Baxın, mədəniyyət budur. Bu xüsusiyyət heç bir heyvanda yoxdur. Ruhi mədəniyyət iki yerə bölünür: əqli mədəniyyət və mənəvi mədəniyyət. Bu iki qolun hər ikisi də harmonik şəkildə inkişaf etdirilməlidir.

İslamda elmə önəm nə dərəcədədir?

Peyğənbərin 101 kəlamının 15-i elmə və təhsilə həsr olunub. Görün necə müdrik kalamlar var.
1. Bir saat elmlə məşğul olmaq 60-ilin ibadətdən əfsəldir.
2. Axirət günündə alimlərin mürəkkəbi ilə şəhidlərin qanı tərəziyə bir qoyular, alimlərin mürəkkəbi ağır gələr.
3. Hər bir sədəqədən üstün, elmlə məşğul olub elmi bilikləri yaymaqdır.

Problem orasındadır ki, insanlarda əqli və mənəvi mədəniyyət, paralel olaraq, inkişaf edtirilməyəndə, cəmiyyətin inkişafının uğurlu, rəqabətə dözümlü, təhlükəsiz və davamlı olması sual işarəsi altında olur. Mədəniyyətin bir qolu - əqli mədəniyyədir, o birisi - mənəvi mədəniyyət. Mənəvi mədəniyyət (əqli mədəniyyətsiz) inkişaf etdiriləndə insan daxilən çox gözəl ola bilər, ancaq o biliksiz olaraq, zəifdir, və nə özünə, nə xalqına nə də dövlətinə lazımı köməyi göstərə bilməz. Digər tərəfdən, təkcə əqli mədəniyyət (mənəvi mədəniyyəsiz) inkişaf etdiyi bir zamanda, mənəviyyat olmazsa, insan güclü, lakin eqoist ola bilər. Elə bir insan cəmiyyət və dövlət üçün təhlukə mənbəyi ola bilər. Odur ki, yüksək ruhi mədəniyyət - əqli və mənəvi mədəniyyətin, qovşaqda olaraq, harmonik inkişafı ilə bağlıdır. 

İslamda sadaladığınız keyfiyyətlər lazımınca təbliğ olunurmu?

İslam mədəniyyətinin ən mühüm tələblərindən biri – cəhalətə qarşı mübarizədir. Təəsüf ki, mərasimlərin bir çoxunda mən islam mədəniyyəti haqqında danışıqlarda, elmin və təhsini qabaqlayıcı inkşafının əhəmiyyəti haqqında söhbətləri çox az eşidirəm. Amma elmsiz, təhsilsiz islam mədəniyyəti təsəvüür olunmazdır. 
Əqli mədəniyyət inkişaf etdiriməyəndə insan da, dövlət də zəyifdir. Cəhalət şər və kasıblıqdır, mədəniyyət isə - bilik, inkişaf və rifah. Cahil insan şər niyyətli qüvvələri əlində bir alətə çevrilir. 
Əgər biz istəyiriksə ki, müsəlman xalqları rəqabətə dözümlü və davamlı inkişaf etsin, tərəqqidə öndə olsun, mütləq intellektual mədəniyyətin inkişafına xüsusi diqqət verilməlidir. Gəncləri elmə və təhsilə səsləyən maarifləndirmə işi qat-qat çoxalmalıdır. İnsanın biliyi çatışmırsa o düzgün qərarlar qəbul edə bilməyərək, digərlərinin təsiri altına düşür. Bəzi qüvvələr də cəhalətdən istifadə edərək, insanı mənfi işlərə cəlb edir.

Qərb ölkələrində gənclərin islam aləmində olan gənclərdən daha elimli və güclü olması nə ilə bağlıdır?

Şeyx Nizami Gəncəvi çox gözəl deyib “Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz”. Digər tərəfdən yəhudilərin müsbət ənənələrini misal çəkmək olar. Mənim yəhudilli ailə ənənələrində bir məqam çox xoşuma gəlir. Hər bir ailənin əsas məqsədi övladına yaxşı təhsil verməsidir. Bizdə də bu ənənə qüvvətlənsə çox gözəl olar.
Mən bütün əsərlərimdə yazıram və beynəlxalq forumlarda çıxışlarımda deyirəm: Əgər dünya mədəniyyəti qoruyarsa, mədəniyyət dünyanı xilas edər! Bu şuar deyil, həqiqətdir. Sadəcə unutmamaq lazımdır ki mədəniyyət təkçə dil, ədəbiyyət, incəsənət və əxlaqdan ibarət deyil. Mədəniyyətin əsas nüvəsi - əqli mədəniyyətlə mənəvi mədəniyyətin qovşağıdır. 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə