Çap

Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə Prezident təqaüdünün artırılması üçün ayrılacaq vəsait məlum olub

Tarix . Kateqoriya Xəbərlər

emek sosial

 

Prezident İlham Əliyevtərəfindən müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvarhadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Prezident təqaüdünün artırılması haqqında 19 fevral 2018-ci il tarixli Sərəncamların imzalanması bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Prezidentin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli Sərəncamı 12 556 şəhid ailəsinə şamil olunacaq.

Gemi.az məlumat verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, sərəncamla şəhid ailələrinə Prezident təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10% artırılacaq və bu artımın həyata keçirilməsi üçün  dövlət büdcəsindən ilin sonunadək 2,9 mln. manat  əlavə vəsaitin ayrılması təmin olunacaq.

Çap

Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib

Tarix . Kateqoriya Xəbərlər

arif babayev 0256

Prezident İlham Əliyev fevralın 19-da Arif Babayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Arif İmran oğlu Babayev “Şərəf” ordeni ilə təltif edilsin.

Çap

“Beynəlxalq yükdaşıma və logistika” üzrə ilin şirkəti məlum oldu

Tarix . Kateqoriya Xəbərlər

1518675305

 

“Hikmetoglu Transport”  İlin şirkəti seçildi

 
“JW Marriott Absheron Baku” hotelində biznes sahəsində 2017-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
 


“Azeri Business Award 2017" mükafatının laureatları arasında beynəlxalq yükdaşımalar ilə məşğul olan “Hikmetoglu Transport” şirkətinin də adı var. 


 
“Hikmetoglu Transport” şirkəti “Beynəlxalq yükdaşıma və logistika” nominasiyası üzrə ilin şirkəti seçilib.

Çap

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalardan danışdılar

Tarix . Kateqoriya Xəbərlər

784331 7637

ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin gözlənilən olduğunu bildirib.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bu bəyanatı ABŞ dövlət katibi jurnalistlərə verdiyi açıqlamada səsləndirib.

Jurnalistlərdən biri amerikalı ali diplomata nə üçün Vaşinqton administrasiyasının Rusiyaya qarşı tammiqyaslı sanksiyalar tətbiq etmədiyini soruşub.

Çap

“Kinematoqrafçı” layihəsinə start verilib

Tarix . Kateqoriya Xəbərlər

mekteblinin dostu

 

“Məktəblinin dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsi üzrə “Kinematoqrafçı” layihəsinə  start verilib.

 

Layihə fondun maliyyə dəstəyi ilə kinematoqrafiya sahələrinin yuxarı sinif şagirdləri arasında təbliği üçün təşkil edilir.

 

2 həftə davam edəcək layihədə ideyanın formalaşması, rejissorluq, operatorluq və aktyorluq sənətinin əsasları mövzularında təlimlər keçiriləcək və bu sahədə fəaliyyət göstərmək istəyən gənclərə mütəxəssislər öz tövsiyələrini verəcəklər.

Çap

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni layihə şagirdlərin dərs və imtahan yükünü azaldacaq

Tarix . Kateqoriya Xəbərlər

tehsil n

 

"Məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsində əsas məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdan ibarətdir".

Gemi.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Məktəblərdə imtahanların sayının müəyyən qədər çox olduğunu söyləyən şöbə müdiri bildirib ki, şagirdlərin psixoloji gərginlik yaşaması düzgün deyil: "I sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik. Bunu nəzərə alaraq summativ qiymətləndirmənin sayını əsaslı şəkildə azaltmağa çalışırıq. 

Çap

Prezidentliyə namizədliyini irəli sürənlərin sayı açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

f1b47d0e822e26fd69e4097f7e28afa5

On üç nəfər Prezidentliyə namizədliyini irəli sürərək müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Gemi.az-ın Oxu.az-a istinadən məlumatına görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, beş nəfərin namizədliyi MSK tərəfindən təsdiqlənib.

Çap

Rezidenturaya sənəd qəbulu başlayıb

Tarix . Kateqoriya Xəbərlər

527938 500136

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul elan edir.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, DİM-in mətbuat xidmətindən verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır.

İmtahanda iştirak etmək üçün namizəd 2018-ci il fevralın 15-dən 22-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra  ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

Çap

Azərbaycanda tələbə qəbulu qaydaları dəyişdirildi

Tarix . Kateqoriya Xəbərlər

examen suenos euroresidentes

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Çap

ADNSU ilə Türkiyənin Ardahan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

Tarix . Kateqoriya Xəbərlər

6
 
Fevralın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin Ardahan Universitetinin rektoru, prof. Dr. Mehmet Biber ilə görüş keçirib.
 
Görüşdə ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Elm və texnika üzrə (elmi işlər üzrə) prorektor, dosent Rauf Əliyarov, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov və Ardahan Universitetinin nümayəndə heyəti iştirak edib.
 
Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən ADNSU-nun rektoru, professor M.Babanlı universitetin tarixi, tədris prosesi, fakültələr, statistik göstəricilər, beynəlxalq əlaqələr, ikinci ali təhsil, startap layihələri, əcnəbi tələbələr və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında qonaqlara ətraflı məlumat verib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə