Çap

Xarici işlər nazirləri Bakıya toplaşacaq

Tarix . Kateqoriya Xəbərlər

xarici ishler nazirliyi

 

Bu ilin aprelin 5-6-da Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək. 

 

Gemi.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel 2018-ci il tarixində yüksək vəzifəli məmurlar səviyyəsində iclas olacaq. Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər.

 

Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama hərəkatına sədrlik edəcək.

 

Qoşulmama Hərəkatının 5-6 aprel tarixlərində Bakıda keçiriləcək aralıq nazirlər toplantısı ilə əlaqədar www.nambaku.org ünvanda xüsusi internet saytı yaradılıb.

 

Yerli və xarici media nümayəndələrinin onlayn akkreditasiyası saytın qeydiyyat (Registration/For Media) bölməsi vasitəsilə aparılır. Tədbirdə iştirak etmək niyyətində olan media nümayəndələrinin 12 mart 2018-ci il tarixinədək onlayn qaydada akkreditasiyadan keçmələri xahiş olunur.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə