İlham Əliyev gəncləri Prezident mükafatı ilə mükafatlandırıb
Prezident İlham Əliyev fevralın 2-də 2018-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Gemi.az Oxu-az-a istinadən xəbər verir ki, sərəncamla Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2018-ci il Gənclər üçün Prezident mükafatları verilsin:
Camalova Reyhan Rauf qızı
Əlfidatlı Gülnar Teyyub qızı
Fərəcov Xaqani Surxay oğlu
Quliyev Ağarəhim Vaqif oğlu
Səfərova Zümrüd Rasim qızı
Zeynalova Aysun Gülağa qızı.