Çap

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalardan danışdılar

Tarix . Kateqoriya Xəbərlər

784331 7637

ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin gözlənilən olduğunu bildirib.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bu bəyanatı ABŞ dövlət katibi jurnalistlərə verdiyi açıqlamada səsləndirib.

Jurnalistlərdən biri amerikalı ali diplomata nə üçün Vaşinqton administrasiyasının Rusiyaya qarşı tammiqyaslı sanksiyalar tətbiq etmədiyini soruşub.

Suala cavabında Tillerson artıq bəzi addımların qəbul olunduğunu, xüsusilə qüvvədə olan qanunvericilik əsasında, Rusiya hərbi texnikasının satışı ilə bağlı bir neçə müqavilənin qarşısının alındığını söyləyib.

“Biz bir sıra şəxslərə qarşı da sanksiyalar tətbiq edə bilərik, hazırda bu məsələni götür-qoy edirik”, - deyə Tillerson bildirib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə