Çap

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb

Tarix . Kateqoriya Xəbərlər

magistratura za rubezhom shag za shagom 1

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”da dəyişikliklər edib.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, qərara əsasən ali təhsilin magistratura səviyyəsi üzrə “Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”, “ Əqli mülkiyyət hüququ”, “ Əmək hüququ: sosial təminat hüququ”, “İdman hüququ” və “Turizm hüququ” ixtisasları yaradılıb.

Eyni zamanda  “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində “Musiqi texnologiyaları”,  “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində “Davamlı inkişafın siyasi idarə edilməsi”, “Davamlı inkişafda insan potensialı”, “Davamlı inkişafın planlaşdırılması”, “Davamlı insan inkişafı” və “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi”, “Təbiət ixtisasları qrupu” bölməsində “Kosmologiya”,“Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində “Gənclərlə iş” ixtisasları yaradılıb.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə