Çap

Azərbaycanlılar 63 ölkəyə vizasız gedə bilər

Tarix . Kateqoriya Xəbərlər

passporte

“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.  

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bu reytinqdə 75-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 63 ölkəyə səyahət etməyə imkan verir.

45-ci yerdə göstərilən Rusiya pasportu bu ölkənin vətəndaşlarına 114 ölkəyə sərbəst şəkildə səyahət imkanı yaradır. Türkiyə 49-cu yerdə (110 ölkə), Gürcüstan 54-cü yerdə (100 ölkə), Ermənistan 78-ci yerdə (59 ölkə), İran 98-ci yerdə (38 ölkə) qərarlaşıb.

Reytinq cədvəlinin liderləri Yaponiya və Sinqapurdur. Bu dövlətlərin vətəndaşları vizasız 180 ölkəyə səfər edə bilər.

Buna qədər 2014-cü ildə bəri lider olmuş Almaniya pasportu ilə isə 179 ölkəyə əngəlsiz səyahət etmək mümkündür.

Siyahının ilk üçlüyünü eyni vaxtda bir neçə ölkə tamamlayır. Bunlar İtaliya, Finlandiya, İspaniya, Danimarka, Fransa, İsveçrə və Cənubi Koreyadır. Həmin ölkələrin vətəndaşları vizasız 178 ölkəyə səyahət edə bilər.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə