Çap

Təhsil Nazirliyi maaşı artırılan işçilərin sayını açıqlayıb

Tarix . Kateqoriya Xəbərlər

tehsil nazirliyi 2018

 

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən əmək haqları artırılan təhsil işçilərinin sayı açıqlanıb.

 

Gemi.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb və bu artım orta hesabla 240 min təhsil  işçisinə şamil edilir.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncam imzalayıb. 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə