Çap

Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilir

Tarix . Kateqoriya Xəbərlər

 AZpressAZ Eflatun Amasov Metbuat Surasi Jurnalistler 54

Azərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayı başlayıb.

Gemi.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 240-dək nümayəndə iştirak edir.

Qurultayda Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov çıxış edib.

Qeyd edək ki, Qurultayda Azərbaycan Mətbuat Şurası (MŞ) sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. 

Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi müzakirə olunacaq. Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alır. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və doqquz internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Qurultay iştirakçıları Nizamnamə dəyişikliyini qəbul etsələr, Şuranın 11 jurnalistdən, yeddi ictimaiyyət nümayəndəsindən və beş internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq.

Bundan başqa, İdarə Heyətinin iki jurnalistdən, iki ictimaiyyət nümayəndəsindən və iki internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək. Nizamnamə dəyişikliyi qəbul olunmasa, İdarə Heyəti əvvəlki qaydada formalaşacaq.