Çap

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Tarix . Kateqoriya Xəbərlər

uju

Aİ Şurası Ukrayna ətrafındakı vəziyyətə görə 150 nəfər və 38 təşkilatla bağlı sanksiyaları daha yarım il müddətinə, sentyabrın 15-nə qədər uzadıb. 

Gemi.az-ın Oxu-az-a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının saytında yerləşdirilən elanda məlumat verilib. 

Qeyd edilir ki, birlik “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan və ya təhlükə altına qoyan hərəkətlərə görə” məhdudlaşdırıcı tədbirlərin vaxtını uzadıb. 

Avropa Birliyi, ABŞ, həmçinin bir sıra başqa ölkələr Krımın Rusiyaya birləşdirilməsi, sonra isə Ukraynanın cənub-şərqindəki münaqişə ilə əlaqədar 2014-cü ildə  məhdudlaşdırıcı tədbirlər həyata keçiriblər.

Buna cavab olaraq, Moskva anti-Rusiya sanksiyalarına dəstək verən bir çox ölkələrdən ərzaq idxalatını qadağan edib. 

Moskva dəfələrlə qeyd edib ki, Donbasdakı münaqişənin tərəflərə aidiyyəti yoxdur, razılıq şərtlərinin yerinə yetirilməsinə görə isə məsuliyyəti Kiyev daşıyır. Rusiya Krımın birləşdirilməsi prosedurunun beynəlxalq normalara tamamilə uyğun olduğunu deyir.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə