Çap

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsindən gedir

Tarix . Kateqoriya Xəbərlər

sekuta

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mart ayının sonunda Bakıdakı diplomatik fəaliyyətini başa vuracaq.

 

Gemi.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, bu barədə səfirlikdən bildirilib.

 

Səfirlik qeyd edib ki, Robert F. Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra, Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə və daha sonra isə diplomatik xidmətini başa vurub təqaüdə çıxamağa qərar verib:

 

"Onun ölkəmizdə vəzifəsini icra etdiyi müddətdə Birləşmiş Ştatlar və Azərbaycan arasında əlaqələr irəliləyib, inkişaf edib. O və ailəsi ölkəmizi, xalqımızı yaxından tanımağı və Azərbaycanda keçirdikləri vaxtlarını çox yüksək dəyərləndirirlər. Sekuta bildirir ki, ABŞ-ın səfiri olmaq onun üçün çox böyük bir şərəf idi və indi o, yeni imkan və nailiyyətləri səbirsizliklə gözləyir".