Çap

Prezident UNESCO-nun xoşməramlı səfirinə “Dostluq” ordeni təqdim edib

Tarix . Kateqoriya Xəbərlər

00142

Prezident İlham Əliyev ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannisə “Dostluq” ordenini təqdim edib.

Dövlət başçısı keçən ilin dekabrında Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə ELPIDA Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edildiyini bildirdi. Prezident İlham Əliyev Marianna Vardinoyannisin bəşəri dəyərlərin təşviqindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edərək, ordeni ona təqdim edib.

Marianna Vardinoyannis bu mükafatın verilməsinin onda böyük qürur hissi doğurduğunu bildirib. “Dostluq” ordeninə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Marianna Vardinoyannis Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətlərinin böyük maraqla izlənildiyini qeyd edərək, Mehriban Əliyevanın da beynəlxalq layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirib.