Çap

İlham Əliyevin Türkiyədə rəsmi qarşılanma mərasimi olub

Tarix . Kateqoriya Xəbərlər

turkiye azerbaycan

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezident Sarayında rəsmi qarşılanma mərasimi keçirilib.

Gemi.az-ın Oxu.az-a istinadən xəbərinə görə, İlham Əliyev  türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanıb.

Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Mərasimdə hər iki ölkənin dövlət himni səsləndirilib.

Rəsmi qarşılanmanın ardınca prezidentlər arasında təkbətək görüşü olacaq.

Görüşün ardınca iki ölkə prezidentləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar,  sonra prezidentlər mətbuata bəyanatla çıxış edəcəklər.