Çap

Müəllimlərin işə qəbul qaydası dəyişir

Tarix . Kateqoriya Xəbərlər

shutterstock 303112742

Bu il müəllimlərin və direktorların işə qəbulu qaydalarına dəyişikliklər ediləcək.

Gemi.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbul qaydaları ilə bağlı layihə hazırlanıb, qaydalarda yeniliklərin tətbiqi planlaşdırılır: 

“Müəllimlərin işə qəbul qaydaları növbəti həftələrdə təsdiq olunacaq. Layihə təsdiqləndikdən sonra əlavə məlumat veriləcək”.

E. Bağırov qeyd edib ki, bu il məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqənin keçirilməsi də nəzərdə tutulub: 

“Direktorların işə qəbulu qaydalarında dəyişikliklər ediləcək. Lakin hələlik qaydalar hazır deyil”.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə