Çap

Poroşenko Rusiyaya qarşı yeni sanksiyaları elan etdi

Tarix . Kateqoriya Xəbərlər

poroshenko

Ukrayna hökuməti ABŞ-ın Rusiyalı iş adamlarına qarşı qəbul etdiyi anoloji sanksiyaları tətbiq etməyi və Kiyevin əvvəl qəbul etdiyi  sanksiyaların müddətini uzatmağı qərara alıb.

Gemi.az  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenkonun bəyanatında deyilir.

“Qeyd etməliyəm ki, əvvəllər qəbul etdiyimiz sanksiyalar da bizim Avropa İttifaqından olan tərəfdaşlarımız və Amerika Birləşmiş Ştatları ilə sinxronlaşdırılıb.  

ABŞ sanksiyaları ilə əlaqələndirilmiş yeni sanksiyalarımız Rusiya Federasiyasının fiziki və hüquqi şəxslərinə yönəlib. Bu Rusiyanın Avropanın mərkəzində, Britaniyada kimyəvi silah tətbiq etməsi və işğal olunmuş Krımda qanunsuz prezident seçkiləri  keçirməsi ilə əlaqədardır”, - deyə Poroşenko bildirib.