Çap

Ödənişsiz onlayn sınaq imtahanı keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

slide 2

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək məqsədilə “Abituriyent” jurnalının 1-ci sayında dərc edilmiş test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanları təşkil edir.

Gemi.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, 2018-ci il “Abituriyent” jurnalının 1-ci sayında dərc edilmiş və ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanlarına abituriyentlər rahat şəkildə yazıla və onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər.

Abituriyentlər sınaq imtahanında iştirak etmək üçün http://otk.az portalına daxil olub qeydiyyatdan keçməlidirlər. Daha sonra abituriyentlər istədikləri ixtisas qrupunu seçib imtahana yazıla bilərlər.

Onlayn sınaq imtahanlarında istifadə olan test tapşırıqlarının modeli builki qəbul imtahanlarına tam uyğundur.

Abituriyentlərə onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanı yaradılır.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə