Çap

Türkiyədən Azərbaycana möhtəşəm jest - 100 illiyin şərəfinə pul

Tarix . Kateqoriya Xəbərlər

lire aze

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə xatirə pul nişanı dövriyyəyə buraxılıb. 

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, maksimum sayı iki min ədəd olan 20 türk lirəsi 925 əyar gümüşdən ibarətdir. 

Mayın 18-dən dövriyyəyə buraxılan xatirə pul nişanları 2020-ci ilin mayın 18-nə kimi satışda qalacaq.