Çap

Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedəcəklər

Tarix . Kateqoriya Xəbərlər

serbia

Bu gündən Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedə biləcəklər.

Gemi.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə məlumat Serbiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Müvafiq qərar Serbiya hökuməti tərəfindən mayın 24-də qəbul edilib və iyunun 2-də qüvvəyə minib.

Azərbaycan vətəndaşları Serbiya ərazisində 90 günə qədər vizasız qala bilərlər.