Çap

YÖK-ün Türkiyə universitetlərinə Azərbaycan vətəndaşlarının qəbulu ilə bağlı göndərdiyi müraciətin mətni məlum olub

Tarix . Kateqoriya Xəbərlər

3c1083fe 08f6 446c a18d 17b4f3976471

 

Türkiyənin Yükseköğretim Kurulunun (YÖK) bu ölkənin universitetlərinə Azərbaycan vətəndaşlarının qəbulu ilə bağlı göndərdiyi müraciətin mətni məlum olub.

Gemi.az  “Report”-a istinadən xəbər verir ki, mətndə 2017-ci ilin oktyabr ayında YÖK ilə Azərbaycanın Təhsil Nazirliyi arasında sənəd imzalandığı vurğulanıb. Həmin sənədin 5-ci maddəsinə əsasən, azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərin qəbulunda Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan nəticələrinin nəzərə alınması qeyd olunub.

Türkiyənin ali məktəblərinə göndərilən tövsiyə xarakterli məktubda Azərbaycan tərəfi ilə imzalanmış sənədin nəzərə alınması xahiş edilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Türkiyə universitetlərinə attestatla qəbulun dayandırılması barədə iddialar yer alıb.