Çap

GEMİ TƏŞKİLATININ SƏDRİ SƏRDAR YUSİFOĞLU PREZİDENTİ TƏBRİK ETDİ

Tarix . Kateqoriya Xəbərlər

aliev

 

Gəncliyin Elmi Mədəni İnkişafı Təşkilatının sədri Sərdar Yusifoğlu Prezident İlham Əliyevi təbrik etdi.

  

Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev cənablarına

Cənab Prezident! Sizi doğum gününüz münasibətilə, "Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyi (GEMİ)adından təbrik edir, uzun ömür, can sağlığı arzu edirik. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edib, gənclər və idman sektorunda sürətli canlanma yaranıb.

Sizin imzaladığınız müxtəlif sərəncam və fərmanlar, dövlət proqramları, habelə, sahibkarlıq, QHT-lər və gənclər təşkilatlarının inkişafı üçün yaratdığınız qurumlar bu gün cəmiyyətdə böyük əhəmiyyət daşıyır və gənclərimizin həm biznes fəaliyyəti, həm də ictimai fəallığı üçün yardımçı olmaqdadır.

Bildirmək istərdik ki, "Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyi olaraq, dövlətimizin, Prezidentimizin yanındayıq və Sizin apardığınız davamlı islahatlar nəticəsində Azərbaycanın qabaqcıl ölkələrdən birinə çevriləcəyinə şübhə etmirik. Sizi bir daha təbrik edir, hələ uzun illər gümrah və enerjili Prezident kimi, ölkəmizi və xalqımızı təmsil etməyinizi arzulayırıq.

Hörmətlə

Sərdar Yusifoğlu

"Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyinin sədri

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə