Çap

Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilərlər?

Tarix . Kateqoriya Xəbərlər

travel i

“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.  

GEMİ.AZ-ın  Oxu.Az-a istinadən məlumatına görə, 74-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 66 ölkəyə səyahət etməyə imkan verir.

Reytinq cədvəlinə Yaponiya başçılıq edir. Bu ölkənin vətəndaşları vizasız 190 ölkəyə səfər edə bilər.

İkinci yerdə qərarlaşan Sinqapur və Cənubi Koreya pasportu ilə isə 189 ölkəyə əngəlsiz səyahət etmək mümkündür.

Siyahıda ilk üçlüyü Almaniya və Fransa tamamlayır - 188 ölkə.

Qonşu ölkələrdən 48-cı yerdə göstərilən Rusiya pasportu 119, 51-ci yerdə qərarlaşan Gürcüstan pasportu 119, Türkiyə pasportu isə (52-ci yer) 111 ölkəyə sərbəst şəkildə səyahət imkanı yaradır.

Ermənistan pasportu 79-cu yerdə (61 ölkə) qərarlaşıb.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə