Çap

Buraxılış imtahanlarının qrafiki açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

exam time

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ili üzrə buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafikini açıqlayıb. 

Bu barədə DİM məlumat yayıb.

Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı qrafikə uyğun keçiriləcək.

S/s

İmtahan keçiriləcək bölgələr


     Buraxılış imtahanlarının keçirilmə tarixləri 


 Ümumi orta təhsil səviyyəsi   üzrə (1-ci mərhələ)


 Ümumi orta təhsil səviyyəsi   üzrə (2-ci mərhələ)


 Tam (11 illik) orta   təhsil səviyyəsi üzrə

1

Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi,   Nizami, Binəqədi, 
 Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ,   Pirallahı), Naxçıvan MR, Şirvan

03 mart 2019 

02 iyun 2019

07 aprel 2019 

2

Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux,   Naftalan, Goranboy, 
 Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, 
 Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı,   Kürdəmir, Ağdam, 
 Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı,   Sabirabad, Xaçmaz, Şabran

10 mart 2019 

09 iyun 2019

14 aprel 2019 

3

Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa,   Qazax, Tovuz, Balakən,
 Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı,   Lerik, Göyçay, Ağdaş, 
 Ucar, İsmayıllı, Qobustan, Ağcabədi,   Xocavənd, Füzuli, Beyləqan,
 Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba,   Siyəzən, Xızı

17 mart 2019 

16 iyun 2019

21 aprel 2019 

Mərkəzdən bildirilib ki, məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər. Bundan başqa, C.Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına Hərbi liseylərdə (Naxçıvan) təhsil alanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə imtahan verəcəklər.

Tədrisi ingilis və fransız dilində olan məktəblərdə təhsilalanlar müvafiq siniflər üzrə 3-cü imtahan günündə imtahan verəcəklər.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə