Çap

Səfirlik: Türkiyənin Azərbaycan vətəndaşlarından viza tələb edəcəyi barədə xəbərlər doğru deyil

Tarix . Kateqoriya Xəbərlər

6532241117 e4a0315e71 b

“Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.

Gemi.az apa-ya istinadan xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Türkiyə ilə Azərbaycan arasında hazırda mövcud olan gediş-gəliş rejiminə hər hansı dəyişiklik edilməsi nəzərdə tutulmur: “2007-ci ildən bəri Azərbaycan vətəndaşları ölkəmizə turizm məqsədli səfərləri zamanı 30 gün müddətində Türkiyədə vizasız qalmaq hüququna malikdir”.

Xatırladaq ki, Türkiyə mətbuatı Avropa İttifaqı ilə imzalanan viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə, o cümlədən Azərbaycana viza rejimi tətbiq edəcəyi ilə bağlı məlumat yayıb.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə