Çap

Pedaqoji kadrlar üçün təlim

Tarix . Kateqoriya Xəbərlər

 

45887

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.


Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarını əhatə edəcək təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdən ibarətdir.
Təlimlər çərçivəsində iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyi əməkdaşlarının və təhsil ekspertlərinin iştirakı ilə məruzələr təşkil ediləcək.
Təlimlərdə iştirak edən şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərən və direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin fəaliyyətlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmə tədbirləri görüləcək.

Mənbə: edu.gov.az