Çap

“Günəşli” faciəsindən 40 gün keçdi: İtkin düşən neftçilər anılıb

Tarix . Kateqoriya Xəbərlər

11262136 917652781649710 67909689 n

 2015-ci il dekabrın 4-də "Günəşli" yatağının 10-cu özülündə və “Neft daşları”nda baş verən qəzalar zamanı itkin düşən neftçilər Dənizkənarı Milli Parkda anılıb.

 Gemi.az  Musavat.com-a istinadən xəbər verir ki, bir qrup insan Bulvarda Saat Qülləsinin yanında toplaşaraq, Xəzər dənizinə qərənfillər atıblar. Onlar 40 gündür ki, itkin düşən və qəza zamanı dünyasını dəyişən həmvətənlərimizi yad ediblər.

Qeyd edək ki, anım mərasiminin keçiriləcəyi ilə bağlı NİDA Vətəndaş Hərəkatı tərəfindən facebookda event yaradılmışdı. Daha sonra Xəzər sahilinə neftçilərin xatirəsini yad etmək üçün vətəndaşlar da gəliblər. Anım mərasiminin gün ərzində davam edəcəyi gözlənilir.

Xatırladaq ki, dekabrın 4-də "Günəşli" yatağındakı qəza zamanı 33 nəfər xilas edilmişdi. 1 nəfər neftçinin cəsədi tapılmışdı. 29 nəfər isə itkin düşmüşdü.

İtkin düşən neftçilərdən 10 nəfərinin cəsədi tapılaraq, ailələrinə təhvil verilib. 19 nəfərin isə axtarışı hələ də davam edir.

“Neft daşları”nda da itkin düşən 3 neftçinin də axtarışı davam etdirilr.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə