Çap

Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri təyin edilib

Tarix . Kateqoriya Xəbərlər

DONE

 Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri təyin edilib.



Nazirliyin mətbuat katibi Səmayə Məmmədova APA-nın sorğusuna cavabında bildirib ki, gənclər və idman naziri Azad Rəhimovun əmri ilə Gənclər və İdman Nazirliyində İqtisadiyyat şöbəsinin müdir müavini Rüfət Həsənov nazirliyin Aparat rəhbəri təyin olunub.

R. Həsənov bu gün nazirliyin kollegiya iclasında kollektivə təqdim edilib.

Qeyd edək ki, bundan əvvəl Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri olan Fuad Hacıyev Azərbaycan prezidenti İlham Əliyevin 23 dekabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilib.

"Dəyərlər" AİN-ə istinad.