Çap

İqtisad universitetinin professorları Türkiyə universitetlərinə ezam olunur.

Tarix . Kateqoriya Xəbərlər

01dd60e34c5a74eafb75377e3e3b4d31

 Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) on beş professordan ibarət nümayəndə heyəti Türkiyə universitetlərinə ezam olunur.
 Gemi.az  Lent.az-a istinadən xəbər verir ki, ADİU-nun mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi Türkiyənin ali təhsil sistemi ilə yaxından tanış olmaq, bakalavr, magistr və doktorantura pilləsində tətbiq edilən yeniliklərlə maraqlanmaqdır.
 Türkiyənin tanınmış Sakarya Universitetinə və Uludağ Universitetinə ezam olunan professorlar həmkarları ilə təcrübə mübadiləsi aparacaqlar. Universitetlərdə tədris edilən ixtisas fənnləri, sillabuslar, dərslik, test, imtahan və kitabxana sistemi ilə tanış olacaq, dissertasiya müdafiəsinə qatılacaqlar. Türkiyəli həmkarlarının elmi tədqiqatları ilə tanış olan univerisitetin professorları, birgə elmi məqalələrin, türkdilli ölkələrin iqtisadiyyatına dair kitabın hazırlanmasını da müzakirə edəcəklər.
 Türkiyəyə yollanacaq professorlarla görüşdə ADİu-nun rektoru Ədalət Muradov təcrübə mübadiləsinin önəmini vurğulayaraq professorların bilik və bacarıqlarına güvəndiklərini, elm adamlarının təcrübə və fikir mübadiləsinə hər zaman ehtiyac duyduğunu qeyd edib. Rektor belə səfərlərin Türkiyə universitetləri ilə məhdudlaşmayacağını bildirib.
 Bundan başqa, gələcəkdə universitetin professor-müəllim heyəti türkdilli ölkələrin ali təhsil sistemini öyrənmək üçün bu ölkələrə də ezam olunacaqlar. Eyni zamanda, gələcəkdə türk professorların İqtisad universitetinə cəlb ediləcəyinin nəzərdə tutulduğunu vurğulayıb.
 Qeyd edək ki, universitet professorlarının Türkiyə universitetlərinə səfəri yanvarın 31-dən fevralın 5-dək davam edəcək.