Çap

Nazirlik müəllim-şagird münasibətlərinə dair seminarlara başlayır

Tarix . Kateqoriya Xəbərlər

 

bobybrain 3 teachanxiety

 Təhsil Nazirliyi “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminarların keçirilməsinə başlayır.

 Gemi.az Lent.az-a istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ilk belə seminar Xırdalan şəhərində keçiriləcək.

 Seminarda müəllim-şagird münasibətlərində neqativ təzahürlərin yaranma səbəbləri, müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarığının əsas müddəaları izah olunacaq. Təhsil ekspertlərinin də iştirak edəcəyi tədbirdə mövcud problemlərin konstruktiv həlli yolları müzakirə ediləcək.

Seminar "APA-Holdinq" və “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin informasiya dəstəyi ilə təşkil olunur.