Çap

Magistr hazırlığı qaydalarında dəyişiklik edildi

Tarix . Kateqoriya Xəbərlər

 1433229475 bak

Azərbaycanda xüsusi qabiliyyət tələb edən sahələr üzrə magistratura ali təhsil səviyyəsi ilə bağlı istisnalardan biri bu gün qüvvədən düşüb.

 Gemi.az-ın APA-ya istinadən məlumatına görə, “Təhsil haqqında” qanuna əsasən bu günə qədər xüsusi qabiliyyət tələb edən və öz хüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilib və bu iхtisasların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilib.

Azərbaycan prezidenti İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişikliyə əsasən qanunda bununla bağlı maddə ləğv edilib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə