Çap

Polşada yaradılan Azərbaycan diaspor təşkilatı rəhbərindən AÇIQLAMA

Tarix . Kateqoriya Xəbərlər

siaphoto 528798

“Polşadakı Azərbaycanlı Gənclər Şurası” bir neçə gün öncə Varşavada təsis edilib". Bu barədə SİA-ya yeni yaradılan diaspor təşkilatının sədri Nail Əhməd danışıb.

O bildirib ki, təşkilatın Polşanın Vroclav, Lodz, Krakov şəhərlərində də təsis kofransları baş tutdu: "Şuranın həmin şəhərlərdə kuratorları seçilib. Təşkilat olaraq qarşımıza 5 hədəf qoymuşuq:

1) Polşadakı Azərbaycan diasporasının inkişafına dəstək olmaq;

2) Polşada Azərbaycan musiqisini, mədəniyyətini və milli adət-ənənlərini təbliğ etmək;

3) Polşada yaşayan azərbaycanlı gəncləri vahid mərkəz altında birləşdirmək;

4) Azərbaycanlı tələbələrin Polşa ictimaiyyətinə inteqrasiyasını sürətləndirmək üçün ödənişsiz polyak dili kurslarını təşkil etmək;

5) Polşada yaşayan azərbaycanlı tələbələrə müvəqqəti yaşayış kartının əldə edilməsi üçün hüquqi yardım etmək.

Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə 26 fevral tarixində soyqırımı əks etdirən “Erməni yalanına işıq sal” adlı sərgi təşkil edəcəyik. Həmçinin şəhər sakinlərinə Xocalı soyqırımı haqqında geniş məlumat vermək üçün faciəni əks etdirən bukletlər paylanılacaq.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə