Çap

Rus dilində imtahan verən abituriyentlər üçün ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul qaydası dəyişib

Tarix . Kateqoriya Xəbərlər

exam multiplechoice

Azərbaycanda rus dilində imtahan verən abituriyentlərin ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul qaydası dəyişib.

Gemi.az-ın APA-ya istinadən məlumatına görə, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”na əsasən Azərbaycanda ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.

Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. İndiyə qədər bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanlarına buraxılıblar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”na etdiyi dəyişikliyə əsasən artıq “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanlarına buraxılacaqlar. Başqa sözlə, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən tes imtahanından “məqbul” alıb, cari ilin abituriyentləri üçün buraxılış imtahanında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul ola bilməsələr, növbəti il Azərbaycan dilindən test imtahanı vermədən buraxılış imtahanına buraxılacaqlar.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə