Çap

İlham Əliyev Tehranda - Həsən Ruhani ilə görüşdü

Tarix . Kateqoriya Xəbərlər

aliyevruhani

İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib.


Gemi.az APA-ya istinadən xəbər verir ki, rəsmi qəbul mərasimi Sədabad sarayında təşkil olunub.

Azərbaycan prezidenti İlham Əliyev İrana geniş tərkibli nümayəndə heyəti ilə səfər edib. Səfər zamanı Azərbaycanla İran arasında əməkdaşlığa dair 10-dan çox sənədin imzalanacağı gözlənilir.

Məlumata görə, prezidentin başçılığı ilə yüksək səviyyəli nümayəndə heyətini hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb.

İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşdırılan səfər müddətində ikitərəfli iqtisadi və digər zəmində razılaşdırılacaq bəzi sənədlər imzalanacaq.

 

 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə