Çap

Dövlət Proqramı tələbələrinin illik qeydiyyatı başlamışdır

Tarix . Kateqoriya Xəbərlər

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüləri hər tədris ilinin sonunda qeydiyyatdan keçməlidirlər.

Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələr hər tədris ilinin sonunda qeydiyyatdan keçmək məqsədilə Təhsil Nazirliyinə gəlmədən aşağıdakı sənədləri (ali təhsil müəssisəsinin imza və möhürü ilə) təhsil aldıqları ölkə üzrə məsul əməkdaşın (http://xaricdetehsil.edu.gov.az/c-elaqe/) elektron poçt ünvanına göndərməlidir:

1.Təhsil alanın cari tədris ilini müvəffəqiyyətlə bitirərək növbəti tədris ilinə keçməsini təsdiq edən ali məktəbin rəsmi sənədi.

-Sənəddə növbəti tədris ilinin başlama və bitmə tarixləri (gün, ay və il göstərilməklə) qeyd olunmalıdır.

2.Cari tədris ilinin qiymət cədvəlindən rəsmi çıxarış (transkript).

3.Növbəti tədris ilinin təhsil haqqına dair rəsmi invoys (olduğu təqdirdə).


Göstərilən sənədlər səliqəli şəkildə skan edilərək adlarına uyğun olaraq qeyd edilməlidir.

Göndərilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə tərəfimizdən təhsil aldığınız ali məktəbə sorğu göndəriləcəkdir.


Diqqət! Türk, rus və ingilis dilllərindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunaraq təqdim olunmalıdır.


Diqqət! Yalnız sənədləriniz tam şəkildə qeydiyyata alındıqdan sonra növbəti tədris ili üçün yaşayış və təhsil xərclərinizin ödənişi mümkün olacaqdır.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə