Çap

İxtisas seçimi başladı

Tarix . Kateqoriya Xəbərlər

Kolleclərə seçim iyul ayının 21-dək davam edəcək.

Kolleclərər imtahan verənlərin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, ümumi (9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd təqdim etmiş və müsabiqə şərtlərini ödəmiş abituriyentlər üçün ixtisas seçimi başlayıb.

Həmin abituriyentlər 21 iyul saat 23:59-a kimi TQDK-nın internet saytında bu linkə daxil olaraq ( eservices.tqdk.gov.az/erizetex/ixtisas1/?frm=egov1 ) ixtisas seçimi etməli və ixtisas seçimi ərizələrini təsdiq etməlidirlər. İxtisas seçimi haqqında ətraflı məlumat, qəbul aparılan ixtisaslar və plan yerləri 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Qeyd edəki ki, ümumi (9-illik) orta təhsil bazasında kolleclərin ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Seçim iyulun 21-dək davam edəcək

9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul imtahanı iyun ayının 2-də baş tutub. İmtahan nəticələri isə bir neçə gün öncə elan edilib.

İmtahan ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilib. Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. 1 sual bir balla qiymətləndirilir və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Ümumi balı 16-dan, hər bin fənn üzrə balı 8-dən az olmayan abituriyentlər ixtisas seçiminə buraxılır.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə