Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il iyulun 7-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il iyulun 7-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcəkdir.
Fuad Əsgərov : “Havalar istidir, müqəddəs aydayıq və insanlar qanverməyə gəlməyətərəddüd edir.Amma qana ehtiyacımız var. Ehtiyaclı uşaqlar gözləyə bilməz . Onların həyatını riskə atmamalıyıq. Qana ehtiyac var ! Vətəndaşları övladlarımıza dəstək olmağa dəvət edirəm” !
Vətəndaşların diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüləri hər tədris ilinin sonunda qeydiyyatdan keçməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 9 fevral 2015-ci il tarixli, 8 nömrəli sərəncamı ilə təsdiq olunmuş siyahılara əsasən, 2015-2016-cı tədris ilində gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətlər üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklər.
"Turizm sənayesi ilə bağlı apardığımız ilkin təhlillər göstərir ki, Avropa Oyunları Azərbaycan turizmini bir neçə ilə irəli atacaq".
Bunu Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.
Təhsil naziri fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmr verib.
Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir Mikayıl Cabbarov uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”yə əsasən əmr verib.
16 imtahan rəhbəri, 112 zal nəzarətçisi ayrılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 7-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək.
İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq
İyulun 2-də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb.
Azərbaycan Respublikasının regionlarında yerləşən ali təhsil müəssisələrində yekun dövlət attestasiyası iyun ayında keçirildiyinə görə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilmişdir.