Çap

Azərbaycanlılar xaricə vizanı ASAN-dan alacaqlar

Tarix . Kateqoriya Xəbərlər

viza989

Azərbaycan vətəndaşlarına “ASAN xidmət” mərkəzləri tərəfindən viza verilməsi üçün “ASAN Viza” - 2 konsepsiyası hazırlanıb.

Gemi.az APA-ya istinadən xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

“Hazırda müvafiq qurumlarla danışıqlar aparırıq. Pilot layihə çərçivəsində bir neçə səfirliklə əməkdaşlıq əlaqəsi qurulacaq. 

Çap

Təhsil Nazirliyi maaşı artırılan işçilərin sayını açıqlayıb

Tarix . Kateqoriya Xəbərlər

tehsil nazirliyi 2018

 

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən əmək haqları artırılan təhsil işçilərinin sayı açıqlanıb.

 

Gemi.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb və bu artım orta hesabla 240 min təhsil  işçisinə şamil edilir.

Çap

Azərbaycanlılar 63 ölkəyə vizasız gedə bilər

Tarix . Kateqoriya Xəbərlər

passporte

“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.  

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bu reytinqdə 75-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 63 ölkəyə səyahət etməyə imkan verir.

45-ci yerdə göstərilən Rusiya pasportu bu ölkənin vətəndaşlarına 114 ölkəyə sərbəst şəkildə səyahət imkanı yaradır. Türkiyə 49-cu yerdə (110 ölkə), Gürcüstan 54-cü yerdə (100 ölkə), Ermənistan 78-ci yerdə (59 ölkə), İran 98-ci yerdə (38 ölkə) qərarlaşıb.

Çap

Magistraturaya imtahanın nəticələri açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

Magist

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

Gemi.az Oxu.Az-a istinadən məlumat verir ki, imtahan nəticələri saat 18:25-dən etibarən DİM-in saytında yerləşdirilib. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 12387 bakalavrdan 146 nəfəri imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal olub.

Çap

Magistraturaya qəbul imtahanı keçirilib

Tarix . Kateqoriya Xəbərlər

examen suenos euroresidentes

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına  qəbul imtahanının birinci mərhələsini keçirib.

Gemi.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılıb.

Çap

Prezident İlham Əliyev “Xocalı” abidəsini ziyarət edib

Tarix . Kateqoriya Xəbərlər

aliyev xojali ziyaret

 

Prezident İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.

 

Gemi.az-ın  APA-ya istinadən məlumatına görə, abidənin yanında fəxri qarovul dəstəsi düzülüb.

 

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

 

Birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev abidənin önünə gül dəstələri qoyublar.

Çap

Xocalı soyqırımından 26 il ötür

Tarix . Kateqoriya Xəbərlər

xocali 1992

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 26 ili tamam olur.

Gemi.az xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Çap

Avroparlament Xocalı soyqırımı ilə bağlı bəyanat verdi

Tarix . Kateqoriya Xəbərlər

14576 1 large

Avropa Parlamentində (AP) yenicə yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb.

Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.

Çap

“Hər qapını açan” pasportların siyahısı açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

passportsprim

2018-ci il üzrə “The Pasaport Index”i  açıqlanıb. 

Gemi.az Oxu.az-a istinadən  xəbər verir ki, indeks ölkələrin vətəndaşlarına verdikləri pasportların imkanları əsasında  hazırlanır.

Belə ki, pasportların dəyərini vizasız səyahət, xaricdə yaşam şərtlərinin asanlaşması kimi imkanlar əks etdirir. 

Hesabata görə, Cənubi Koreya və Sinqapur 162 balla birinci, Almaniya və Yaponiya 161 balla ikinci yerdədir. 

Çap

ADNSU-nun rektoru təhsillərini xaricdə davam etdirəcək tələbələrlə görüşdü

Tarix . Kateqoriya Xəbərlər

167677
 
Fevralın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramı çərçivəsində Almaniyada 2 həftə müddətində təhsil alacaq ADNSU tələbələri ilə görüşüb.
 
Tələbə mübadiləsi sahəsində ADNSU-nun xarici ali təhsil ocaqları ilə əlaqələrinin genişləndiyini deyən rektor, professor M.Babanlı mübadilə sayəsində gənclərin xaricdə təcrübə keçməsinin artıq əlçatan olduğunu vurğulayıb. ADNSU-ya əcnəbi tələbələrin marağının artırılması və qarşılıqlı mübadilə prosesinin əhəmiyyətini qeyd edən rektor, M.Babanlı bunun üçün təhsilin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə