Çap

İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Tarix . Kateqoriya Xəbərlər

Ilham Aliyev 160112

Prezident İlham Əliyevin müraciəti

-Əziz həmvətənlər.

Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm.

Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq.

Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik.

Çap

MSK sabah gün ərzində beş dəfə məlumat açıqlayacaq

Tarix . Kateqoriya Xəbərlər

msk

Sabah - aprelin 11-də Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə keçiriləcək. 

Gemi.az-ın Oxu.az-a istinadən xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində beş dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacaq.

Səsvermə günü hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

MSK səkkiz nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Çap

Azərbaycanda əhalinin sayı artıb

Tarix . Kateqoriya Xəbərlər

image baku

Аzərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Gemi.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin əvvəlindən ölkə əhalisinin sayı 13 387 nəfər, yaxud 0,1% artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə 9 911 472 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9%-i şəhər, 47,1%-i kənd sakinlərinin, 49,9%-i kişilərin, 50,1%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 23331, yaxud hər gün təxminən 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib.

Çap

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

Tarix . Kateqoriya Xəbərlər

dim 2018

Dövlət İmtahan Mərkəzi aprelin 15-də keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib.

Gemi.az xəbər verir ki, bu haqda DİM-dən Oxu.Az-a verilən məlumatda bildirilib. 

Məlumata əsasən, imtahan iştirakçıları “imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də:

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

Çap

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Tarix . Kateqoriya Xəbərlər

00148

Aprelin 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Gemi.az-ın məlumatına görə, dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.

Sonra “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev çıxış ediblər.

Çap

Sabah seçkiqabağı təşviqat başa çatır

Tarix . Kateqoriya Xəbərlər

14434272203334421617 1000x669

Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar namizədlərin seçkiqabağı təşviqat kampaniyası sabah başa çatır.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, Mərkəzi Seçki Komissiyasında qeydə alınan namizədlərin təşviqatı səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-da saat 08:00-da dayandırılacaq.

Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Çap

Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

maestro1

 

Tədris ilinin sonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsi nəzərdə tutulub.

 

Əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərlə yanaşı, nəticələrini yüksəltmək niyyətində olan müəllimlər də diaqnostik qiymətləndirmədə iştirak edə biləcəklər.

 

Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən,  diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb.

Çap

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Tarix . Kateqoriya Xəbərlər

ilhameliyev07834 92

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.

Gemi.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər! Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycanda tarixən mövcud olmuş etnik-dini tolerantlıq mühiti burada yüz illər boyu fəaliyyət göstərən səmavi dinlərin qarşılıqlı hörmət və etimada əsaslanan dinc yanaşı fəaliyyətini təmin edib, ayrı-ayrı etiqad və inanclara mənsub insanlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında müstəsna rol oynayıb.

Çap

Attestat ala bilməyənlərə ŞANS

Tarix . Kateqoriya Xəbərlər

355w700

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün 15-16 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Gemi.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumata görə, qeydiyyat və sənəd qəbulu 5-30 aprel tarixlərində (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə