Çap

Azərbaycan İtaliya Gənclər Assosiasiyasının 5 illiyi qeyd olundu

Tarix . Kateqoriya Xəbərlər

23473191 10212061757273342 8867215011419556117 n

 

İtaliyada fəaliyyət göstərən Azərbaycan İtaliya Gənclər Assosiasiyasının 5 yaşı tamam olub. 

 

Gemi.az xəbər verir ki, bu barədə Modern.az saytına  təşkilatın həmsədri Emin Rüstəmov məlumat verib. Həmsədrin sözlərinə görə, İtaliyanın Roma şəhərində yerləşən Beverly Hills Roma Hotelində təşkil olunmuş ziyafətdə İtaliyada təhsil alan tələbələr, təşkilatın üzvləri, diaspora fəalları, Azərbaycanın İtaliyadakı səfirliyinin  əməkdaşları və eyni zamanda  KİV nümayəndələri iştirak ediblər.

 

Təşkilatın yaranma tarixindən bəhs edən Emin Rüstəmov, bir ay öncə başlayan “Azərbaycanlı Tələbələrin İtaliya cəmiyyətinə və siyasi dairələrinə inteqrasiyası”  layihəsindən də bəhs edib. Layihənin uğurla yekunlaşdığını bildirən həmsədr, layihə ərzində müxtəlif sahələri təmsil edən ekspertlərin və 80- a yaxın tələbənin iştirakını vurğulayıb.

Çap

Azərbaycanlıların soyqırımından 100 il ötür

Tarix . Kateqoriya Xəbərlər

soyqirim

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 100 il ötür.

Gemi.az Oxu.Az-a istinadən xəbər verir ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. 

Çap

Ən böyük tələbə yataqxanası istifadəyə veriləcək

Tarix . Kateqoriya Xəbərlər

02 28.03.18 6

 

Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir. Ən müasir standartlara uyğun inşa olunan yataqxanada yalnız ADNSU-nun tələbələri deyil, Bakıda yerləşən digər ali məktəblərdə təhsil alan və yataqxanaya ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar. Yataqxana binası 800 nəfərə yaxın tələbə, həmçinin müəllim üçün nəzərdə tutulub.  0,8 hektar ərazini əhatə edən yataqxana binasının ümumi sahəsi 21 min kvadrat metrdən çoxdur.

 

Binada kitabxana, oxu zalı, istirahət otaqları, camaşırxana, yeməkxana, fitnes zalı da fəaliyyət göstərəcək.

 

Yataqxananın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Çap

Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlər üçün yeni şans

Tarix . Kateqoriya Xəbərlər

Questions to Help Students Reflect on Experiences

 

Respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən müsahibələrin keçirilməsi nəzərdə tutulur.

 

Müsahibədə iştirak etmək istəyən namizədlər 29 mart - 4 aprel 2018-ci il  tarixlərindəhttp://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.

 

Sözügedən müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan,  tutulmayan və ya yeni yaranan vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilər.

Çap

Abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

GCSE xlarge

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 1-də respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, DİM-dən bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 49 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23579 abituriyent qeydiyyatdan keçib.

Çap

Rezidenturaya qəbul imtahanı keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

o EXAM facebook

 

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 1-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.

Gemi.az-ın  APA-ya istinadən məlumata görə, rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11-00-da başlanacaq, 2 saat 30 dəqiqə davam edəcək.

 

Qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 15 dən 22-dək aparılıb. İmtahanda iştirak üçün 1092 namizəd  ərizə təqdim edib. Onlardan 931 nəfər Azərbaycan bölməsi, 161 nəfər rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 398 nəfəri oğlan, 694 nəfəri isə qızlardır. Namizədlərdən  460-ı  cari ilin, 632-si isə əvvəlki illərin məzunlarıdır, 6 nəfər xarici ölkə vətəndaşıdır.

Çap

Prezident İlham Əliyev Həsən Ruhani ilə görüşüb

Tarix . Kateqoriya Xəbərlər

ruhani aliyev

Martın 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Gemi.az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Çap

Mehriban Əliyeva Rusiya səfirliyində matəm kitabına ürək sözlərini yazıb

Tarix . Kateqoriya Xəbərlər

mehriban aliyeva 280318 2

 Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfirliyinə gələrək başsağlığı verib.

Gemi.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Mehriban Əliyeva Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında həlak olanlarla əlaqədar matəm kitabına ürək sözlərini yazıb.

Çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın xəbərinin ölkəmizdə böyük kədər hissi ilə qarşılandığını deyən Mehriban Əliyeva həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, hadisə zamanı xəsarət alanlara şəfa arzulayıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin hərbi, hərbi-hava və hərbi-dəniz attaşesi İqor Lobastev səfirliyə gələrək başsağlığı verdiyinə və bu ağır günlərdə Rusiya xalqı ilə birlikdə olduğuna görə Mehriban Əliyevaya Rusiyanın Azərbaycandakı səfirliyi və xalqı adından minnətdarlıq edib.

Çap

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin yeni maaşları təsdiqlənib

Tarix . Kateqoriya Xəbərlər

1519192120 13

 

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin və gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin yeni aylıq vəzifə maaşları təsdiqlənib.

Gemi.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti Azərbaycan prezidenti İlham Əliyevin 28 fevral 2018-ci il tarixli sərəncamının icrası məqsədi ilə belə bir qərar qəbul edib.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Nazirlər Kabineti bununla bağlı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Çap

Bakı dünyanın ən iri maliyyə mərkəzlərinin siyahısına daxil edildi

Tarix . Kateqoriya Xəbərlər

the 20 most important cities in global finance this year

“Global Financial Centres Index” (GFCI) dünyanın ən iri maliyyə mərkəzlərinin reytinq cədvəlini açıqlayıb. 

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, London (794 bənd) yenə də dünyanın ən iri maliyyə mərkəzi elan edilib. 

Hesabata görə, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməklə bağlı qərarına baxmayaraq, ölkənin bank sektorunda neqativə doğru heç bir dəyişiklik baş verməyib.

Nyu-York (793 bənd) Londondan sonra ikinci sırada yer alıb. Siyahıda üçüncü yeri Honq-Konq (781 bənd) tutub. 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə