Çap

ADNA terrorundan 7 il ötür

Tarix . Kateqoriya Xəbərlər

 430002 

 Azərbaycan Dövlət Neft Akademiyasında  törədilən terror hadisəsindən artıq  7 il ötür. Azərbaycanı dəhşətə gətirən  bu hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verdi. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva  küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs -  29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Qanlı hadisə nəticəsində dünyasını dəyişənlər

Çap

I-IV qruplar üzrə ərizə verən abituriyentlərin NƏZƏRİNƏ!

Tarix . Kateqoriya Xəbərlər

 

  qeydiyyat

2016/2017-ci tədris ili üçün I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun müddəti 29 aprel saat 13:00-dək uzadılıb. Hal-hazırda elektron ərizə dolduranların sayı 84290, ərizələrini təsdiq edənlərin sayı isə 81308 nəfərdir.

Gemi.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, 2982 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb. Onlardan 400 nəfəri  ümumtəhsil müəssisələrinin cari il məzunlarıdır və ərizələrini özləri təsdiq etməlidirlər. Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar 29 aprel saat 13:00-dək fəaliyyət göstərəcəklər.

Çap

“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərslər keçirilib

Tarix . Kateqoriya Xəbərlər

derss

 

Aprelin 28-də Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə Abşeron rayonu Xırdalan şəhər 2 və 3 nömrəli tam orta məktəblərdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərsləri tədris olunub.

Gemi.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev, ehtiyatda olan zabitlər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Abşeron rayonu və Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrinin rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.

Çap

Məleykə Abbaszadə: TQDK və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətini təxminən iki aydan sonra dayandıracaq

Tarix . Kateqoriya Xəbərlər

 

meleyyka

Dövlət İmtahan Mərkəzinin Direktor Şurasının sədri Məleykə Abbaszadə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının fəaliyyətinə nə vaxtdan rəsmi xitam veriləcəyini açıqlayıb.

Gemi.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktor Şurasının sədri M.Abbaszadə Trend-ə açıqlamasında bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına götürüldükdən sonra ləğv ediləcək: "Dövlət İmtahan Mərkəzinin yaradılması ilə bağlı Prezidentin verdiyi fərmanda xüsusi bənd var. Orada qeyd edilir ki, Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına götürüldükdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ləğv ediləcək. Hazırda biz bu istiqamətdə müəyyən işlər aparırıq. Bu işlər başa çatandan sonra - DİM dövlət qeydiyyatına alındıqda bu iki qurumun işinə xitam veriləcək".

Çap

Tərtərdəki vəziyyətlə bağlı son xəbər

Tarix . Kateqoriya Xəbərlər

 

terter

Ermənilər ötən gecə Tərtər rayonunda yalnız mülki əhalinin kompakt yerləşdiyi əraziləri iriçaplı silah və artilleriya atəşinə tutublar.

Gemi.az xəbər verir ki, bu barədə Trend-ə Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıqlama verib.

İcra başçısı bildirib ki, erməni silahlı birləşmələri şəhərin mərkəzini və təmas xəttindəki kəndlərdə mülki şəxsləri hədəfə alıb: "Mülki əhali həm iriçaplı silahlardan, həm 120 mm minaatanlardan, həm də ağır artilleriyalardan atəşə tutulub. Dünən 11 yaşayış məntəqəsi və şəhərin mərkəzi atəşə tutuldu. Nəticədə 58 ev, 1 orta məktəb və digər inzibati binalar ciddi zədələnib. Ümumiyyətlə, aprel ayı ərzində Tərtərdə ermənilərin ağır artilleriyalardan açdığı atəş nəticəsində 256 ev və inzibati binalara ciddi ziyan dəyib. Ermənilər əsasən dinc sakinlərin məskunlaşdığı əraziləri atəşə tuturlar. Tərtərə və kəndlərə əsasən Ağdərə istiqamətindən atəş açılır".

Çap

TQDK-nın imtahanlarında “ASAN” könüllüləri nəzarətçi kimi iştirak edəcək.

Tarix . Kateqoriya Xəbərlər

  asan k

30 yanvar 2016-cı il tarixində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə, “ASAN School” könüllülük proqramının “İnnovativ idarəetmə” layihəsi çərçivəsində, keçirilən görüşdə “ASAN”xidmətin könüllülərinin TQDK-nın keçirdiyi imtahanlarda nəzarətçi kimi iştirakına qərar verilmişdir. 

Gemi.az-ın Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına istinadən verdiyi məlumata görə, prosesdə iştirak üçün “ASAN” xidmət tərəfindən Bakı şəhərində 5 mərkəz və Sumqayıt, Gəncə, Sabirabad, Bərdə mərkəzləri üzrə ümumilikdə 259 könüllünün siyahısı TQDK-ya təqdim olunmuşdur.

Çap

TQDK sınaq imtahanının nəticələrini açıqlayıb

Tarix . Kateqoriya Xəbərlər

sinaqq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 24-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.

Gemi.az xəbər verir ki, komissiyadan Trend-ə verilən məlumata görə, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Çap

Erməni silahlı bölmələri beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadə etməyə başlayıb

Tarix . Kateqoriya Xəbərlər

     bomba

  Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.

 Gemi.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub

Çap

Müdafiə naziri cəbhə bölgəsində səfərdədir

Tarix . Kateqoriya Xəbərlər

    mnterter2

 Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən Tərtər rayonunda səfərdədir.

Gemi.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ilk olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbərliyi Tərtər şəhərində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub və ehtiramlarını ifadə ediblər. 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə