Çap

Niderlandda mart soyqırımı ilə bağlı “Səssiz yürüş” keçirilib

Tarix . Kateqoriya Xəbərlər

01 1

 

Niderland Krallığının Rotterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) ve Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “Səssiz yürüş” aksiyası keçirilib.

 

Gemi.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu il erməni terrorçularının azərbaycanlılara qarşı törətdoyo soyqırımının 100 illiyi ilə əlaqədar Benilüks ölkələrində də silsilə tədbirlər təşkil olunur. 

 

Rotterdam şəhərində keçirilən aksiyaya Niderland Krallığında fəaliyyət göstərən türk, Latviya, Litva, Estoniya, İraq türkmənlərinin diaspor təşkilatları da yaxından dəstək verib. Aksiya istirakçıları təkcə erməni terrorçularına yox, eyni zamanda onlara dəstək verən bəzi Avropa dövlətlərinə də etirazlarını bildiriblər.

Çap

Latviyada rusdilli məktəblər ləğv edildi

Tarix . Kateqoriya Xəbərlər

lat1

 

Latviya parlamenti milli azlıqların məktəblərində təhsilin dövlət dilinə keçilməsi haqqında qanun layihəsini qəbul edib.

Gemi.az Axar.az-a istinadən  xəbər verir ki, yeni qanun layihəsinə əsasən, bundan sonra milli azlıqların məktəblərində ibtidai təhsilin 50%-i dövlət dilində tədris ediləcək. 7-9-cu siniflərdə bu göstərici 80%, 10-12-ci siniflərdə isə 100% olacaq.

Qeyd edək ki, Latviyada milli azlıqların məktəblərinin əksəriyyətində tədris rus dilində aparılır.

Çap

İlham Əliyev Putinə başsağlığı verdi

Tarix . Kateqoriya Xəbərlər

1ilham aliyev 280414

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Gemi.az-ın məlumatına görə, məktubda deyilir: 

“Hörmətli Vladimir Vladimiroviç! Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Çap

Dneprdə "Azərbaycan" parkı və mədəniyyət mərkəzi açılacaq

Tarix . Kateqoriya Xəbərlər

61d3dd6bcb007dce44c32ab8072b2645

 

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatovla görüşüb.

Gemi.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə səfir qeyd edib ki, Azərbaycanın tanınmış şirkətləri Dnepr şəhərinin iri layihələrinə investisiya qoymağa hazırdır.

A.Xudiyev bildirib ki, Azərbaycanın bölgə şəhərləri ilə Ukraynanın Dnepr şəhəri arasında iqtisadi, sosial layihələrin reallaşdırılması üçün birgə işlər həyata keçirilməlidir. Azərbaycanın qapıları Ukrayna sərmayəçilərinin üzünə açıqdır.

Dnepr şəhərində yaşayan azərbaycanlıların şəhərin ictimai, siyasi, iqtisadi layihələrində aktiv olduğunu deyən Boris Filatov deyib ki, Administrasiya rəhbərliyi Azərbaycan şirkətlərinə investisiya qoyuluşuna hər cür köməklik göstərməyə hazırdır.

Çap

Bakalavriat səviyyəsində “İslamşünaslıq” ixtisası yaradıldı

Tarix . Kateqoriya Xəbərlər

telebeleryeni

Azərbaycanın ali təhsil müəssisələrində “İslamşünaslıq” ixtisası yaradılıb.

Gemi.az-ın Report-a istinadən xəbərinə görə, Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, təsnifatın “Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə “İslamşümaslıq” ixtisası əlavə edilib. İndiyə qədər isə yalnız “Dinşünaslıq” ixtisası tədris olunub.

Çap

Bağban, xadimə və ixtisas dərəcəsi olmayan fəhlələrin maaşları artırılıb

Tarix . Kateqoriya Xəbərlər

cedvel

Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Gemi.az-ın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.

Çap

İlham Əliyev və xanımı Novruz şənliyində

Tarix . Kateqoriya Xəbərlər

17

Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Çap

Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər

Tarix . Kateqoriya Xəbərlər

Magist

Azərbaycan ali təhsil siyasəti universitetlərdə tətbiq olunan Boloniya sistemi ilə yürüdülür. Bu sistem tələbəyə əvvəlki sistemdən fərqli olaraq daha geniş imkanlar və sərbəstlik verir. Boloniya sisteminə görə, tələbə universitetdə məcburi saxlanılmır. O, istənilən vaxt mühazirələrə gələ bilər, ən əsası keçilən dərs barədə məlumatları oxuduğu fakultədən elektron variantda götürə və semestr sonu gəlib imtahanını verə bilər.

Universiteti 4 ildən tez bitirmək faktı da Boloniya sisteminin prinsiplərindən biri hesab edilir.

 

Bəs görəsən universiteti 4 ildən tez bitirmək təcrübəsi yerli ali təhsil ocaqlarında tətbiq olunurmu?

 

Gemi.az xəbər verir ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Boloniya sisteminin prinsiplərinə uyğun olaraq tələbə universiteti 4 ildən tez bitirə bilər.

Çap

Prezident UNESCO-nun xoşməramlı səfirinə “Dostluq” ordeni təqdim edib

Tarix . Kateqoriya Xəbərlər

00142

Prezident İlham Əliyev ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannisə “Dostluq” ordenini təqdim edib.

Dövlət başçısı keçən ilin dekabrında Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə ELPIDA Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edildiyini bildirdi. Prezident İlham Əliyev Marianna Vardinoyannisin bəşəri dəyərlərin təşviqindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edərək, ordeni ona təqdim edib.

Çap

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsindən gedir

Tarix . Kateqoriya Xəbərlər

sekuta

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mart ayının sonunda Bakıdakı diplomatik fəaliyyətini başa vuracaq.

 

Gemi.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, bu barədə səfirlikdən bildirilib.

 

Səfirlik qeyd edib ki, Robert F. Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra, Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə və daha sonra isə diplomatik xidmətini başa vurub təqaüdə çıxamağa qərar verib:

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə