Çap

İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb

Tarix . Kateqoriya Xəbərlər

sergey

“Son günlər qoşunların təmas xəttində insan tələfatı ilə müşahidə olunan gərgin vəziyyət yaranıb. Əlbəttə ki, bu da həm dünyada, həm regionda, həm də ictimaiyyət arasında narahatlıq doğurur”.

Gemi.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, Rusiya bu halda yenidən təşəbbüs göstərib və Rusiya tərəfinin vasitəçiliyi ilə atəşkəs haqqında razılaşma əldə olunub: “Biz hesab edirik ki, bu, regionda vəziyyətin gərginləşməsinə imkan verməməyin yeganə yoludur. Atəşkəs rejiminə riayət olunurdu. Təəssüf ki, bu gün axşam Ermənistan tərəfi atəşkəsi pozdu”.

Çap

Düşmən Naxçıvanda atəşkəs rejimini pozub

Tarix . Kateqoriya Xəbərlər

naxcivan

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Çap

Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Tarix . Kateqoriya Xəbərlər

mnatet

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 6-da ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.
Gemi.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrlə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov düşmən tərəfindən ölkəmizin yaşayış məntəqələrinin və mülki əhalinin atəşə məruz qalması faktlarını qarşı tərəfin diqqətinə çatdırıb.
Müdafiə naziri bildirib:

Çap

QHT-lər Ali Baş Komandana və beynəlxalq təşkilatlara müraciət qəbul etdilər

Tarix . Kateqoriya Xəbərlər

qhtler

 Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası cəbhədəki son vəziyyətlə əlaqədar olaraq QHT-lərin geniş toplantısını keçirib. Tədbir açıq elan olunduqdan sonra qoşunların təmas xəttində son günlər baş verən döyüşlərdə həlak olan əsgər və zabitlərimiz də daxil olmaqla Qarabağ şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Gemi.az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycan ordusunun 2 apreldə növbəti dəfə atəşkəsi pozan Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını qəhrəmanlıqla aldığını və bir neçə yaşayış məntəqəsini düşməndən azad etdiyini deyib. R. Zeyni ölkə QHT-lərinin Ali Baş Komandan və xalqımızla birgə olduğunu və Ermənistanın təcavüzkar siyasətini pislədiyini bildirib.

Çap

"Qarabağa sülh! Qarabağa ədalət!" kampaniyası

Tarix . Kateqoriya Xəbərlər

tedbir 060416 01

"Qarabağa sülh! Qarabağa ədalət!" kampaniyası Gənclər Təşkilatlarını bir araya topladı.

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilk Akademiyası və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Milli Şuranın təşəbbüsü ilə həyata keçirilən "Qarabağa sülh! Qarabağa ədalət!" Kampaniyası çərçivəsində gənclər təşkilatları və fəal gənclərin iştirakı ilə tədbir keçirilib.

Gemi.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükut ilə anması ilə başlanılıb. Tədbirdə cəbhə bölgəsində yaşaşanan hadisələr müzakirə olunub, Azərbaycan Ordusunun uğurları barəsində gənclərə məlumat verildi. Düşmən tərəfindən verilən təxribat xarakterli məlumatların üstü açılaraq, gənclər təşkilatlarına və gənclərə informasiya müharibəsində fəal iştirak etməyə çağırış edilib.

Çap

Cəbhə xəttindən son xəbər.

Tarix . Kateqoriya Xəbərlər

cebheee

Bütün cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalır.
Gemi.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Silahlı Qüvvələrimiz tərəfindən ciddi surətdə riayət edilir.

Çap

Deputatlar toplanır- 21 məsələyə baxılacaq

Tarix . Kateqoriya Xəbərlər

milli

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Gemi.az-ın  AzVision.az-a istinadən verdiyi xəbərə görə, iclasın gündəliyinə 21 məsələ daxil edilib:

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

2. "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə